Icma.az
close
up
RU
“Prezident açıq şəkildə bəyan etdi ki, korrupsiyaya yol verilməməlidir“ ŞƏRH OLUNDU

“Prezident açıq şəkildə bəyan etdi ki, korrupsiyaya yol verilməməlidir“ ŞƏRH OLUNDU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

”Prezident İlham Əliyevin noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasına səlahiyyətli nümayəndə və bir neçə rayon icra hakimiyyəti başçısını təyin etməsi ilə bağlı çıxışı bölgələrdə idarəetmə ilə bağlı prioritetləri açıq şəkildə ortaya qoyur. Prezidentin çıxışı özündə bir sıra mesajları ehtiva etdi deyə bilərik. Şübhəsiz ki, bu müsajların mərkəzində etimad və məsuliyyət dayanır. Prezident açıq şəkildə bəyan etdi ki, təyinatlı rəhbərlər xalqa xidmət etməli, təvazökar və nüfuzlu olmalı, qanunsuzluq və korrupsiyaya yol verməməlidirlər. Bu, mərkəzi icra orqanları ilə bölgələr arasındakı koordinasiyanın gücləndirilməsi və eyni zamanda vətəndaşların dövlətə inamının möhkəmləndirilməsi baxımından olduqca vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, çıxışda vurğulanan əsas məqamlardan biri məmur fəaliyyətinin şəffaflığı ilə bağlı oldu: “Prezident keçmişdə bəzi məmurların şəxsi maraqlar naminə qanunsuz göstərişləri icra etməsini xatırladaraq, indi bu halların aradan qaldırıldığını qeyd etdi. Bildirildi ki, kadr islahatları nəticəsində mərkəzi icra orqanları artıq bölgələrə qanunsuz təzyiq göstərə bilməyəcək və hər hansı pozuntu halında ciddi tədbirlər görüləcək.

Prezidentin çıxışında digər vacib istiqamət bölgələrdə infrastrukturun inkişafı və sosial layihələrin icrası ilə bağlı oldu. Prezident elektrik enerjisi, magistral və kənd yolları, içməli su, suvarma sistemləri, məktəb və xəstəxana tikintisi kimi sahələrdə əldə olunan nəticələri qeyd edərək turizm və kənd təsərrüfatı sahələrində dövlət dəstəyi ilə yaradılan imkanlar haqqında geniş məlumat verdi.

Çıxışda məşğulluq və miqrasiya məsələləri də diqqət mərkəzinə gətirildi. Bölgələrdən şəhərlərə miqrasiyanın həm də iş imkanlarının azlığı ilə bağlı olduğunu deyən ölkkə başçısı iş yerlərinin yaradılması kimi tədbirlər həyata keçirilməsinin vacibliyinə toxundu. Şübhəsiz ki, məşğulluq məsələsi həm iqtisadi inkişafı, həm də sosial stabilliyi təmin edən olduqca vacib sahədir və əslində özündə dövlətin uzunmüddətli strategiyasını ehtiva edir.
Ümumi olaraq qeyd edim ki, Prezident İlham Əliyev çıxışında bölgələrdə idarəetmənin şəffaflığı, iqtisadi inkişafın davamlılığı və sosial ədalətin təmin olunması ilə bağlı konkret tapşırıqları vurğuladı. Ümid edək ki, Naxçıvana yeni təyin olunan səlahiyyətli nümayəndə və ümumiyyətlə icra strukturlarına rəhbərlik edən hər kəs Prezidentin verdiyi mesajlardan və xəbərdarlığından düzgün nəticə çıxaracaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri