Icma.az
close
up
RU
“Prezident Böyük Zəfərimizin şanlı memarıdır“ ŞƏRH OLUNDU

“Prezident Böyük Zəfərimizin şanlı memarıdır“ ŞƏRH OLUNDU

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Zəfər Günü Azərbaycan dövlətçiliyinin və xalqının tarixinin ən şərəfli qəhrəmanlıq səlnaməsidir. İllər, yüz illər keçəcək Azərbaycan xalqının, dövlətinin və onun müzəffər ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə əldə etdiyi ədalətli və ləyaqətli Zəfərə aparan yolun hər qarışı daha dərindən nəzərdən keçiriləcək, torpaqlarımızın işğaldan azad edilməsinin, suverenliyimizin bərpasının alt qatlarında nə qədər böyük bir zəhmətin, strateji zəkanın, Vətən sevgisinin dayandığı daha aydın, daha qabarıq görünəcəkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, sirr deyil ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi ilk gündən bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacarıb:
“Bu müddət ərzində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarına nəzər saldıqca, qeyd olunan istiqamətlərdə atılan hər addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları Bütöv Vətən ideyası ətrafında birləşdirən tarixi bir missiyanın lideri, Böyük Zəfərimizin şanlı memarıdır.
Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik.
Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

Şübhəsiz ki, bizi Zəfərə aparan yol 44 gündən ibarət deyil. 44 gün bu prosesin döyüş meydanında cərəyan edən hissəsidir. Uzun bir vaxt ərzində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb.
Bizim Zəfərimiz Prezidentin milli maraqlardan bir addım belə geri çəkilməmək konsepsiyasının, Azərbaycan xalqının iradəsinə güvənmək və onu həyata keçirmək məharətinin nəticəsidir. İndi Zəfərdən öncəki dövrə diqqət yetirəndə prezident İlham Əliyevin Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin, ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımların, bütün təzyiqlərə və basqılara baxmayaraq bu istiqamətlərdə mühüm irəliləyişlərin əldə olunmasının, beynəlxalq müstəvidə bir çoxlarının anlamadığı uğurlu manevrlərin bugünkü qalib Azərbaycanın ortaya çıxmasına zəmin yaratdığını görə bilirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri