Icma.az
close
up
RU
Prezident İlham Əliyev aydın bir şəkildə mesaj verdi ki...

Prezident İlham Əliyev aydın bir şəkildə mesaj verdi ki...

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi həm bədxah qonşularımıza, həm də Fransa, Kanada, Avropa Parlamenti kimi anti-Azərbaycan qüvvələrə ünvanlanan xəbərdarlıqlar və ismarıclar baxımından olduqca önəmlidir. Ona görə də bu müsahibədə səsləndirilən fikirlərin müxtəlif ölkələrin mətbuatında geniş tirajlanması və eləcə də Ermənistanın siyasi çevrələrində, ekspert camiəsində rezonans doğurması heç də təsadüfi deyil. Həmçinin Yelisey sarayında, Brüsseldə və dünyanın digər siyasi mərkəzlərində də bu müsahibənin müzakirə və təhlil ediləcəyi şəksizdir.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

"Bu məqamı Cənab Prezident də müsahibəsində xüsusi olaraq vurğuladı və bildirdi ki, Azərbaycanın son illərdəki addımları çox ciddi şəkildə təhlil edilir. Bununçün kifayət qədər əsas da var. Çünki dövlət başçımızın ötən ilin yanvarındakı müsahibəsində vurğuladığı kimi, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurması ilə və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsilə nəinki Cənubi Qafqazda, həm də bütövlükdə müasir beynəlxalq münasibətlər sistemində bir çox dərin layları tərpədib, yeni reallıqların formalaşmasına səbəb olub"- o, deyib.

Onun sözlərinə görə, Cənab Prezident həm sülh sazişi və delimitasiya məsələlərinə, həm də Ermənistanın silahlandırılması faktına toxunaraq bildirdi ki, Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir və müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Dövlət başçımız birmənalı olaraq bəyan etdi ki, Ermənistandakı mövcud faşizm kökündən məhv edilməlidir. Bəs, bunu kim etməlidir? Təbii ki, bu məsuliyyət ilk növbədə özünü "sülh göyərçini", "demokratik", "sivil" hesab edən hazırkı Ermənistan rəhbərliyinin üzərinə düşür. Onlar gerçəkdən sivil və demokratik olub-olmadıqlarını əməli surətdə, erməni faşizminə münasibətdə təsdiqləməlidirlər. Əks təqdirdə bu missiyanı da Azərbaycan özü yerinə yetirməli olacaq:

"Ona görə də Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da Azərbaycan məhv edəcək. Bəli, faşizm məhv edilməlidir, bizim başqa çarəmiz yoxdur.

İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın sülhə dair mövqeyini bir daha açıqlayaraq bildirdi ki, biz Ermənistanla yeni gərginliyin, yeni müharibənin tərəfdarı deyilik, lakin Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Ancaq Ermənistan isə silahlanmağa davam edir. Fransa Ermənistanı sülh prosesindən çəkindirmək və özünün Cənubi Qafqazdakı mövcudluğunu davam etdirmək üçün bu ölkəni öldürücü silahlarla təchiz etməyə davam edir.

Əslində, sülh bizdən daha çox Ermənistanın özünə lazımdır. Ona görə də dövlət başçımız sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri, Ermənistanın dostlarının siyasi səhnədən silinməkdə olduğunu, Amerikada Soros dövrünün başa çatmasını, Bayden administrasiyasının son günlərini saydığını, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində dayanan Kanadanın baş naziri C.Trüdonun istefaya getməsini və nəhayət, Ermənistanın Yaxın Şərqdə ən yaxın müttəfiqi olmuş Əsəd diktaturasının artıq tarixin zibilliyinə göndərilməsini yaxşı ölçüb-biçməyi, düzgün addım atmağı məsləhət gördü".

Prezident İlham Əliyev aydın bir şəkildə mesaj verdi ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu müqavilə imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Ermənistan rəhbərliyi də, sıravi ermənilər də nəhayət başa düşməlidirlər ki, biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Ona görə də Ermənistan rəhbərliyi Makron Fransasının diktəsi ilə hərəkət etməyə, atəşkəsin pozulması hallarına, Avropa İttifaqının (Aİ) yarımhərbi "mülki" müşahidə missiyası üzərindən siyasi-diplomatik təxribatları davam etdirməyə son qoymalıdır: "Paşinyan iqtidarı həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında, Türkiyə ilə Azərbaycan arasında dəhlizin açılmasını ləngitmək siyasətindən də əl çəkməlidir. Bu kontekstdə, Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini bir daha bəyan etdi: "Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar".

Azərbaycan Prezidentinin müsahibə əsnasında Ermənistan rəhbərliyinə etdiyi bu çağırış da İrəvanda ciddi şəkildə müzakirə olunmalı və düzgün nəticə çıxarılmalıdır: "Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın". Ermənistan rəhbərliyi ilk növbədə məhz bu danılmaz həqiqəti nəzərə alaraq realist mövqe tutmalıdır. İrəvanın Fransa prezidentinin təhriklərinə uyaraq Aİ-nin missiyasını sərhəddən çıxarmaq istəməməsi və silahlanmanı davam etdirməsi tamamilə səhv mövqedir və bu, bölgədə sülhün bərqərar olmasına yox, gərginliyin davam etməsinə xidmət edir.

Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin bu cür ağılsız mövqeyinin bölgəmizi yeni hərbi eskalasiyaya sürüklədiyini öncədən dəqiq hesablaya bildiyi üçün qarşı tərəfə açıq xəbərdarlıq edir və bizim bütün bunlara tamaşa etməyəcəyimizi bildirir: "Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".

Azərbaycan liderinin bu xəbərdarlığı həm Paşinyana, həm də Makrona sonuncu xəbərdarlıqdır. Paşinyan gerçəkdən sülh istəyirsə Makronun diktəsi ilə yox, İlham Əliyevin məsləhəti ilə hərəkət etməlidir. Bakının sülh çağırışı Ermənistan rəhbərliyi üçün ən yaxşı fürsətdir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Yanvar 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri