Icma.az
close
up
RU
Euronews: AIIF 2025 Azərbaycanın iqtisadiyyatın diversifikasiyasına sadiqliyini nümayiş etdirib

Euronews: AIIF 2025 Azərbaycanın iqtisadiyyatın diversifikasiyasına sadiqliyini nümayiş etdirib

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Bakıda "Seabreeze Resort"da keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkənin iqtisadiyyatını şaxələndirməyə, həm Şərqdən, həm də Qərbdən investorları cəlb etməyə sadiqliyini nümayiş etdirib.

"Report" xəbər verir ki, bu barədə "Euronews" telekanalının "Azərbaycan İnvestisiya Forumu yeni biznes imkanlarını nümayiş etdirir" adlı videoreportajında ​​qeyd olunub.

Kanal qeyd edib ki, AIIF 2025 ölkənin inkişaf edən iqtisadi strategiyasını araşdırmaq üçün qlobal investorları bir araya toplayıb:

"Forum çərçivəsində imzalanmış iki böyük saziş Azərbaycana ən böyük investisiyaların qoyulması ilə yadda qalıb. Birincisi, Azərbaycana Şərqdən, dost Birləşmiş Ərəb Əmirliklərindən gələn 5 milyard dollardan çox sərmayədir. İkincisi, Azərbaycanın ən böyük xarici sərmayəsi İtaliyanın API şirkətinin SOCAR tərəfindən alınmasıdır",- deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Sujetdə həmçinin qeyd olunur ki, Azərbaycanın sabitliyi və ölkənin neft və qaz gəlirlərindən insan kapitalını inkişaf etdirmək üçün istifadə etməsi beynəlxalq investorlar üçün əsas etibar siqnalına çevrilib.

İtaliyalı beynəlxalq əlaqələr üzrə ekspert Rafael Marketti öz növbəsində qeyd edib ki, Azərbaycan investisiyalar üçün çox əlverişli mühit təklif edir: "O, sabitdir, əlverişli beynəlxalq mövqeyə malikdir və insan potensialını və infrastrukturunu inkişaf etdirmək üçün təbii ehtiyatlardan - neft və qazdan istifadə edir. Ölkə iqtisadi inkişafı inamla davam etdirir".

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, ölkənin iqtisadi siyasəti enerji infrastrukturuna 144 milyard dollardan çox investisiya cəlb etməyə kömək edib: "Hazırda biz vacib gələcək layihələr, o cümlədən bizi Avropa və Mərkəzi Asiya ilə birləşdirən interkonnektorlar üzərində işləyirik".

"Euronews" qeyd edib ki, Azərbaycan da özünü həlledici dəyişikliklərə məruz qalan ölkə kimi təqdim edib: forumda enerji ilə yanaşı, rəqəmsallaşma, infrastrukturun inkişafı və yeni tərəfdaşlıqlar da müzakirə edilib.

"Sea Breeze Resort"un sahibi Emin Ağalarov bildirib ki, Azərbaycan özünü təhlükəsiz hiss etmək istəyən inamlı xarici investorlar üçün açıqdır.

Qeyd olunub ki, əldə olunmuş razılaşmalarla yanaşı, forum dialoq platformasına çevrilərək, diplomatiyanın və birbaşa ünsiyyətin yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynamaqda davam etdiyini nümayiş etdirib.

Videomaterial AIIF 2025-in əlaqə, yaradıcılıq və şaxələndirməyə əsaslanan baxışı nümayiş etdirdiyini qeyd etməklə yekunlaşıb. Bakıda keçirilən forum başa çatsa da, uzun illər regionda və ondan kənarda öz izini qoyacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Oktyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri