Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Deputat: Prezident Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirdi

Deputat: Prezident Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirdi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın strateji baxışını, sülhə sadiqliyini və beynəlxalq ədalət prinsiplərinə əsaslanan siyasətini bir daha dünyaya nümayiş etdirdi.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışının əsas xəttini Azərbaycanın sülhə verdiyi önəm təşkil edirdi:

“Beynəlxalq təcrübədə müharibədə qələbə qazanan tərəfin sülh təşəbbüsü ilə çıxış etməsi nadir rast gəlinən bir haldır. Adətən müharibədən qalib çıxan tərəf öz şərtlərini diktə etməyə çalışdığı halda, Azərbaycan qarşı tərəfə əməkdaşlıq və birgə inkişaf təklif edib. 

Bu yanaşma dövlətimizin başçısı cənab İlham Əliyevin humanist siyasətinin və uzaqgörən dövlətçilik strategiyasının bariz göstəricisidir. Möhtərəm Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, artıq doqquz aydır ki, tərəflər sülh şəraitində yaşayır. 

Bu müddət ərzində atılan addımlar, aparılan danışıqlar və əldə olunan razılaşmalar regionda uzunmüddətli sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır. Xüsusilə ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə imzalanmış birgə bəyannamə bu prosesdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. 

Azərbaycan və Ermənistan liderlərinin imzaladığı, ABŞ Prezidenti Donald Trampın şahid qismində təsdiqlədiyi bu sənəd tərəflər arasında etimad mühitinin formalaşmasına mühüm töhfə verib”.

Deputat bildirib ki, sülh prosesinin möhkəmləndirilməsi üçün yalnız siyasi deyil, həm də iqtisadi əlaqələrin inkişafı vacibdir:

“Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yetirərək Azərbaycanın artıq Ermənistana 12 min ton neft məhsulları ixrac etdiyini bildirdi. Bu fakt regionda yeni əməkdaşlıq mərhələsinin başlandığını göstərir. 

Uzun illər müharibə şəraitində yaşayan iki ölkə arasında iqtisadi əlaqələrin qurulması təkcə qarşılıqlı fayda deyil, həm də sülhün möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Enerji əməkdaşlığı isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.

S.Salmanova həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini ölkəmizə qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib:

“Avropa Parlamentindən bəhs edən möhtərəm Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. 

Belə ki, İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. 

Dövlətimizin başçısının da vurğuladığı kimi, bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib. 

Milli Məclisin mayın 1-də qəbul etdiyi qərar bunun bariz nümunəsidir. Qərara əsasən, Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasındakı üzvlüyə xitam verilməsi prosedurlarına başlanılıb. 

Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür.

Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Eyni zamanda, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olaraq qalmaqdadır”.

Parlamentari onu da söyləyib ki, Azərbaycan lideri İlham Əliyevin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir:

“Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda milli maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən optimal modelidir.

Azərbaycan bu modeli uğurla tətbiq edərək həm regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 May 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri