Icma.az
close
up
RU
Prezident Bakıda park açılışında iştirak edib

Prezident Bakıda park açılışında iştirak edib

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

İlham Əliyev metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.

AYNA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verib.

Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.

Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.

“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.

Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.

Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Fevral 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri