Prezident Bakının statusunu dəyişdi: tarix yenidən yazılır İki mühüm detal
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Davos Dünya İqtisadi Forumunda (WEF) hər il iştirak edir. Lakin 19-23 yanvar tarixlərində keçirilmiş tədbir ölkəmizin iştirakı, dövlət başçısının keçirdiyi görüşlər və səsləndirdiyi açıqlamalar baxımından xüsusilə fərqləndi”.
Bunu Globalinfo.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Forumda iştirakının nəticələrini qiymətləndirərkən iki əsas istiqamət ön plana çıxır:
“Birinci istiqamət siyasi-diplomatik müstəvidir. Dünya İqtisadi Forumu əsasən qlobal iqtisadi trendlərin müzakirə olunduğu platforma olsa da, burada aparılan siyasi müzakirələr də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezidentin dövlət başçıları ilə keçirdiyi görüşlər ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Forum çərçivəsində keçirdiyi iki görüşdən birinin Azərbaycan tərəfi ilə baş tutması mühüm siyasi hadisə kimi dəyərləndirilir. Eyni zamanda Azərbaycanın Qəzza Sülh Şurasının təsis olunması mərasimində iştirakı da tarixi əhəmiyyət daşıyan addımdır. Bu faktlar göstərir ki, formalaşmaqda olan yeni dünya nizamında rəsmi Bakı artıq müşahidəçi deyil, proseslərin birbaşa iştirakçısıdır. Prezident İlham Əliyevin iştirak etdiyi panel iclasında səsləndirdiyi fikirlər və Ermənistan Prezidenti Vaaqn Xaçatryanın bu mövqelərə əlavə edəcək arqument tapmaqda çətinlik çəkdiyini açıq şəkildə bildirməsi yaradılmış yeni reallığın siyasi uğurunun göstəricisidir”.
Azər Badamov
Deputat qeyd edib ki, Forumun ikinci əsas istiqaməti iqtisadi məsələlərlə bağlıdır:
“Davos İqtisadi Forumu qlobal iqtisadiyyatın aparıcı aktorlarını bir araya gətirən önəmli platformadır. Dövlət başçısının görüş keçirdiyi holdinqlər dünyanın ən böyük şirkətləri sırasında yer alır və onların kapitalı trilyon dollarlarla ölçülür. Bu şirkətlərin Azərbaycana investisiya yatırmaq və əməkdaşlıq qurmaq niyyəti ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin, dayanıqlı iqtisadi inkişafın, əlverişli investisiya mühitinin nəticəsidir. Azərbaycan liderinin sözünün etibarlı olması ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb. Bu baxımdan Davos İqtisadi Forumu Azərbaycana xarici investisiyaların cəlb olunması üçün də yeni imkanlar açır. Ümumilikdə, Prezident İlham Əliyevin buradakı iştirakı Azərbaycanın siyasi mövqelərinin möhkəmlənməsi və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Azərbaycan ilk dəfə 1995-ci ildə Davos Dünya İqtisadi Forumunda təmsil olunub. Prezident İlham Əliyev isə Davos forumunda ilk dəfə dövlət başçısı kimi 2007-ci ildə iştirak edib.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















