Icma.az
close
up
RU
Qarabağda tarix yenidən yazılır!

Qarabağda tarix yenidən yazılır!

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Tezliklə o dilbər guşənin hər kəndi, hər qəsəbəsi soydaşlarımızın isti nəfəsi ilə dolacaq


Ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib. İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər. Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirdi. Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapdı. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edildi. Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78 faiz səviyyəsində icra olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdı. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdu. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirildi, görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparıldı. Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırıldı. İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirildi. Baş nazir Əli Əsədov qeyd etdi ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır. Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq olunub. Qeyd edək ki, Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiq olunub. Baş nazirin müavinləri - Ş.Mustafayev və S.Şərifov işçi qrupların rəhbəri təyin ediliblər. Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.

Onu da əlavə edək ki, iyunun 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınıb. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Keçmiş məcburi köçkün Rüstəmov Allahverdi Əli oğlu doğma yurda qayıtmaqla bağlı təəssüratlarını belə ifadə edib: “Bu günə çox şükür. Prezidentimizin siyasəti nəticəsində bu gün doğma yurdumuza qayıdırıq. Gedib baxmışam, çox gözəl evlərdi. Çox gözəl də şərait yaradılıb. Allah bir daha bizə pis gün göstərməsin”. Kiçik Rüqəyya Məmmədli isə ilk dəfə Ağdama getdiyini deyib: “Nənəm mənə Ağdamdan çox danışıb. Gedib oraları görmək istəyirəm. Arzum odur ki, xəyalımı gerçəkləşdirib həkim olum, orada işləyim”. Ağdama qayıdanlar arasında olan Rüstəmova Raya da sevincinin həddi-hüdudu olmadığını deyib: “Allah prezidentimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bu torpaqları qanları bahasına alıblar. Bundan sevincli günümüz ola bilməz”. Ağdamı 30 yaşında tərk etdiyini deyən Məmmədov Sumbat isə uzun illər həsrətdən sonra nəhayət öz doğma yurduna qayıtdığını deyib: “ 30 yaşımda çıxmışdım, 63 yaşımda qayıdıram. Çox sevincliyəm. Prezidentimizin uğurlu siyasəti, şəhidlərimizin qanı bahasına ana torpağımıza qovuşuruq. Şükürlər olsun bu günə”. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsindən sonra hər gün gözlərimizin önündə ən yeni tariximiz yaradılır və yazılır. Onun sözlərinə görə, qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda həqiqətən də çox böyük işlər görülüb: 


"Vandal ermənilərin viran qoyduğu yurd yerlərimizdə aparılan quruculuq işləri həm sürətlə, həm də planlı şəkildə həyata keçirilir. Savaş meydanından qalib çıxan dövlətimizin quruculuq meydanında da böyük bir əzmkarlığını müşahidə edirik. Bu baxımdan Qarabağda gördüyümüz yeniliklərdən qürur hissi keçirməməyimiz mümkünsüz idi. Beləliklə, işğalın və müharibənin yaraları sürətlə sağalır. "Böyük Qayıdış" strategiyası uğurla davam etdirilir. 33 il öncə öz yurdlarını məcburən tərk etməli olan soydaşlarımız indi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə yenidən doğma ocaqlarına geri dönürlər. Sözün bütün mənalarında Qarabağa həyat yenidən qayıdır. Bu gedişlə, işğaldan azad edilmiş ərazilərimizin hər tərəfi, hər kəndi, hər qəsəbəsi tezliklə soydaşlarımızın isti nəfəsi ilə isinəcək, yenidən dirçələcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri