Icma.az
close
up
RU
Prezident Dünya Ətraf Mühit Günü ilə bağlı müraciət edib

Prezident Dünya Ətraf Mühit Günü ilə bağlı müraciət edib

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb.

Müraciətə deyilir:

“Hörmətli iştirakçılar,

Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir.

XXI əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən-ilə artan dağıdıcı fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların deqradasiyası, çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz tədbirlər tələb edən proseslərdir.

Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır.

Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk.

Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir.

Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.

Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir.

Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisidə məruz qalmış və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün də ciddi ekoloji ziyan vurmaqda davam edir.

Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək.

Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır.

Hörmətli iştirakçılar,

“Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə” qlobal çağırış adı altında keçirilən builki Ümumdünya Ətraf Mühit Günü iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır.

Bu gün iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün mühüm platforma təmin etmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən “Bakı sıçrayışı” tarixi qərarlarla yadda qaldı.

COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən genişmiqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi ilə nəticələnmişdir. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil təminatı üçün konkret addımların atılmasına zərurət olduğu vurğulanır.

Azərbaycan gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras qoymaq məqsədilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq edərək qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol oynamağa davam edəcək.

Tədbirin işinə uğurlar arzulayıram”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri