Prezident Ərdoğandan ŞKTC prezidenti Tatara təbrik məktubu: “Beynəlxalq ictimaiyyət ŞKTCni tanımalıdır
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Prezident Ərdoğan məktubunda Kipr Türk xalqının 60 ildən artıqdır ki, varlıq uğrunda apardığı davamlı mübarizəni vurğulayıb.
"Bunun ən dəyərli təzahürü olan Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı gündən bu yana suverenliyini günü-gündən gücləndirərək gələcəyə doğru möhkəm addımlar atması bizim üçün böyük qürur mənbəyidir", - deyə Türkiyə prezidenti qeyd edib.
Prezident Ərdoğan Kipr məsələsində ədalətli və davamlı həllin əldə edilməsinin Kipr Türk xalqının suveren bərabərliyinin qeydə alınması və hüquqlarının təmin edilməsi ilə mümkün olduğuna diqqət çəkib.
“Beynəlxalq ictimaiyyət Şimali Kipr Türk Cümhuriyyətini tanımalı və ölkənizlə diplomatik, siyasi və iqtisadi əlaqələrin qurulmasına zəmin yaratmalıdır", - Ərdoğan bildirib.
Prezident, vətən və zamin olan Türkiyənin hər zaman Kipr türk xalqının yanında olmağa davam edəcəyini vurğulayıb.
Qadir, Bizimyol.info
Baxış sayı:79
Bu xəbər 15 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















