Icma.az
close
up
RU
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb.

Pravda.az xəbər verir ki, Fərmanla müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.


Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.


Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməli, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 (üç yüz on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəm qazı daha 4 canımızı aldı

21 Aprel 2025 12:43see214

Xərçəngi məğlub edən həkimdən sağlam həyat üçün 4 “qızıl qayda”

21 Aprel 2025 00:42see170

Hakan Fidan Ərdoğanın sirr dağarcığı Uzun boylu kubar, casus diplomat” (TƏHLİL)

21 Aprel 2025 12:39see166

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

21 Aprel 2025 06:08see148

Ucuz və sərfəli: Ən yaxşı işlənmiş hibrid avtomobillər SİYAHI

21 Aprel 2025 00:00see145

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

20 Aprel 2025 23:25see140

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see136

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

21 Aprel 2025 18:19see134

Bağanıs Ayrım sakini: Bütün arzularım yanıb, kül oldu

21 Aprel 2025 02:13see133

Liverpul addım addım çempionluğa doğru

21 Aprel 2025 01:19see132

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see128

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see127

Rimas Kurtinaytis ilk iki perioddan narazı qalıb

21 Aprel 2025 21:24see120

Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?

20 Aprel 2025 21:49see120

BMT: Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır

21 Aprel 2025 11:14see120

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see118

“Yenidən bu haqda danışmaq nəyisə dəyişməyəcək” Rəşad Sadıqov

20 Aprel 2025 21:47see116

Rusiya İranın nüvə proqramı ilə bağlı razılaşmada əsas vasitəçiyə çevrilə bilər “The Guardian”

20 Aprel 2025 21:05see116

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see114

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri