Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.
APA xəbər verir ki, məktubda qeyd edilib: “Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.
Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















