Prezident İlham Əliyev: Azərbaycan İtaliya münasibətlərinin dinamik və hərtərəfli inkişafı bizi sevindirir
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubunda deyilir.
“Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır”, - dövlət başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















