İslam həmrəyliyinə əsaslanan Azərbaycan Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir Prezident
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev milli bayram münasibətilə Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bina Həməd Al Tanini və qardaş Qətər xalqını təbrik edib.
SİA xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Azərbaycan Prezidenti bayram günündə Şeyx Təmim bina Həməd Al Taniyə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















