Icma.az
close
up
RU
Prezident İlham Əliyev: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”

Prezident İlham Əliyev: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

28 may milli kimliyimizin, azadlıq sevgimizin bəyanı günüdür. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.1918-ci il 28 may tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti nəinki xalqımızın siyasi iradəsinin, həm də milli kimliyimizin simvolu oldu. AXC-nin yaranması ilə biz, bütün Şərqdə ilk dəfə olaraq respublika idarəetmə modelinə keçid etdik və demokratik dəyərləri dövlət əsaslarında bərqərar etdik.

Dövlətimizin rəmzləri – bayrağımız, gerbimiz, himnimiz – məhz bu dövrdə formalaşdı. Üçrəngli bayraq mavi, qırmızı və yaşıl rənglərdə türklüyümüzü, müasirliyimizi və İslam sivilizasiyasına mənsubiyyətimizi simvolizə edirdi. Bu bayraq bir çoxları üçün sadəcə rəmz deyil – o, Azərbaycan xalqının mübarizə ruhunun, istiqlal əzminin və gələcək ümidlərinin ifadəsidir.

1990-cı ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq yenidən qaldırıldı. Bu hadisə, 70 illik sovet hökmranlığından sonra xalqın milli kimliyinə və istiqlal arzusuna qayıdış idi. Bu cəsarətli addım Azərbaycanın müstəqillik yolundakı dönüş nöqtələrindən biri oldu. Konstitusiya Aktı ilə 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi bərpa edildi və hüquqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanındı.

Ulu öndər Heydər Əliyev bu dövrdə Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə ayaqda qalması və güclənməsi üçün əvəzsiz işlər gördü. Onun müstəqillik haqqında dediyi sözlər sadəcə şüar deyil – bu, strateji gerçəkliyi əks etdirən bir yol xəritəsi idi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Həqiqətən də, müstəqil dövlət qurmaq üçün yalnız iradə yox, sistemli düşüncə, planlı fəaliyyət və dərin siyasi savad tələb olunurdu.

Bu gün Azərbaycan regionda söz sahibi olan, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə müdafiə edən bir dövlətə çevrilib. Bu nailiyyətlərin əsasında isə 28 May ruhu dayanır – xalqın öz taleyinə sahib çıxmaq əzmi. Biz bu tarixi yalnız xatırlamamalı, həm də gələcək nəsillərə bu dəyərləri ötürmək üçün çalışmalıyıq.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Cənəb Prezident demişdi: -“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri