Icma.az
close
up
RU
Prezident İlham Əliyev Nyu Yorkda dünyanın tanınmış şirkətlərinin rəhbərləri görüşlər keçirir İCMAL

Prezident İlham Əliyev Nyu Yorkda dünyanın tanınmış şirkətlərinin rəhbərləri görüşlər keçirir İCMAL

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyev dünyanın böyük maliyyə qurumlarından olan şirkətlərin rəhbərləri ilə görüşlər keçirir.

APA xəbər verir ki, Azərbaycan Prezidenti sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlər qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu isə həmin qurumların Azərbaycana olan marağının göstəricisi kimi qiymətləndirilməlidir.

Dövlət başçısının sentyabrın 22-də görüş keçirdiyi şirkətlərin dünyanın iqtisadi həyatında tutduğu yerə nəzər yetirdikdə, bu görüşlərin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğu bir daha meydana çıxır.

“Blackstone” şirkəti
1985-ci ildə təsis olunan Blackstone şirkəti özəl səhm, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri və bərpa olunan enerji fondlarında 1,2 trilyon ABŞ dollar həcmində aktivləri idarə etməklə hal-hazırda dünyanın alternativ investisiyalar üzrə ən nüfuzlu investisiya meneceri hesab edilir. Bu aktivlər dünya ümumi daxili məhsulunun 1 faizindən çoxuna bərabərdir ki, bu da bir çox ölkənin ÜDM-dən artıqdır. “Blackstone” şirkəti minlərlə institusional müştərinin – pensiya fondlarının, suveren fondların, sığorta şirkətlərinin və nüfuzlu universitetlərin nəzdində yaradılmış fondların, eləcə də milyonlarla fiziki şəxslərin vəsaitlərini idarə edir. Ümumilikdə, yüz milyonlarla insan uzunmüddətli yığımlarının idarə edilməsi “Blackstone” şirkətinə həvalə edib.

“Blackstone” bu gün dünyada 12 000-dən çox daşınmaz əmlaka sahibdir. Daşınmaz əmlak investisiyası üzrə dünya üzrə əldə edilmiş bir çox rekord göstəricilər bu şirkətə məxsusdur. 2023-cü ildə “Blackstone Real Estate Partners X” fondu investorlardan 30,4 milyard ABŞ dolları vəsait toplayaraq tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. Bundan əlavə, “Blackstone” 2007-ci ildə “Hilton” otellər şəbəkəsini 26 milyard ABŞ dollarına əldə edib və bu, tarixdəki hotel sahəsində ən böyük əməliyyatlardan biri olub.
”Blackstone” şirkətinin yaşayış sektoru üzrə sərmayələri yüz minlərlə mənzili, milyonlarla insanı əhatə edir. Məsələn, "American Campus Communities" platforması vasitəsilə “Blackstone” tərəfindən 140 000-dən çox tələbə yataq yeri ilə təmin olunur. Bu, ABŞ-nin ən böyük 10 universitetinin tələbə qəbulunun cəminə bərabərdir.
”Blackstone”un idarə etdiyi Link Logistics 46 milyon kvadratmetr anbar və logistika mərkəzinə sahibdir ki, bu nümunə olaraq Polşa Respublikasının ümumi logistika mərkəzlərinin cəminə bərabərdir.

Bundan başqa, “Blackstone” şirkəti 2022-ci ildə Avropanın ən böyük şəhərdaxili logistika platforması olan “Mileway” şirkətinin 21 milyard avro dəyərində rekapitalizasiya prosesini tamamlayıb və indiyə qədər qeydə alınmış ən böyük özəl daşınmaz əmlak əməliyyatını həyata keçirib.
Dünyanın ən böyük data mərkəzi şirkətlərindən birinin sahibi olan “Blackstone” süni intellekt, bulud texnologiyaları, rəqəmsal xidmətlər və infrastrukturun qurulmasında lider rolunu oynayır. Yaratdığı və investisiya etdiyi şirkətlər vasitəsilə dünyada texnologiya, səhiyyə, çatdırılma kimi meqatrendlərin genişlənməsində rol oynayır. QTS Data Centers platforması 2 qiqavattdan çox elektrik tutumuna malikdir ki, bu güc San Fransisko kimi böyük şəhərin ev təsərrüfatının enerji istehlakına bərabərdir.
2018-ci ildə “Blackstone”un rəhbərlik etdiyi konsorsium 20 milyard ABŞ dolları dəyərində “Thomson Reuters”-in “Maliyyə və Risk” biznesində tərəfdaşlıq sazişi bağlayıb. “Refinitiv” adı ilə fəaliyyət göstərməyə başlayıb bu bölmə hal-hazırda dünyada ən geniş istifadə olunan maliyyə məlumat platformalarından biridir.

Bundan başqa, 2016-ci ildə "BioMed Realty" şirkətini 8 milyard ABŞ dollarına əldə edən "Blackstone" tibb və texnologiya sahələrini özündə birləşdirən həyat elmləri (life sciences) sektoru üzrə aparıcı şirkətlərdən birinə çevrilmişdir. Şirkətin sahib olduğu binalarda dünyanın aparıcı biotexnologiya şirkətləri, həmçinin, Harvard, MIT, Cambridge kimi nüfuzlu universitetlərin elm və tibbin

“Blackstone” şirkətinin Azərbaycanla əməkdaşlığı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Blackstone” şirkəti ilə strateji tərəfdaşlığı 2015-ci ildən başlayıb. ARDNF “Blackstone” tərəfindən idarə olunan müxtəlif daşınmaz əmlak və özəl səhm fondlarına ümumilikdə 1 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu investisiyalar Şimali Amerika, Avropa və Asiya regionlarını əhatə edir. ARDNF üçün “Blackstone” ilə tərəfdaşlıq süni intellekt, rəqəmsal infrastruktur, bərpaolunan enerji, səhiyyə, logistika, yaşayış tipli gələcəyin qlobal iqtisadiyyatını formalaşdıran sektorlara yatırım etmək deməkdir.

Həmçinin, ARDNF-nin “Blackstone” kimi nəhəng bir investisiya şirkəti ilə əməkdaşlığı yalnız investisiya gəlirləri deyil, həm də strateji inkişaf imkanları yaradır. Bu əməkdaşlıq əsasında ölkədə logistika mərkəzlərinin inkişafı, rəqəmsal infrastrukturun gücləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və tibbi-tədqiqat parklarının qurulması və inkişafı mümkündür.

Neuberger Berman” şirkəti

“Neuberger Berman” 1939-cu ildən fəaliyyət göstərən aparıcı qlobal investisiya şirkətidir. Şirkət hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bu vəsaitin 140 milyard dolları alternativ investisiyalara yönəldilib. 26 ölkədə ofisləri olan “Neuberger Berman” səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhmlər kimi aktiv növləri üzrə investisiyalar həyata keçirir. “Neuberger Berman” şirkətinin bir sıra uğurlu investisiyaları var ki, onların bəziləri aşağıda qeyd edilib:

“Nord Anglia Education” – “Neuberger Berman” digər investorlardan ibarət olan konsorsiuma rəhbərlik edərək dünyanın 30 ölkəsində yerləşən və təxminən 80-100 məktəbdən ibarət qlobal “K-12” məktəblər qrupunda paya sahibdir.

“Solenis” - sənaye kimyəvi məhsullarının istehsalı üzrə ixtisaslaşmış qlobal şirkətdir. Şirkət su təmizləmə, kağız istehsalı və digər sənaye prosesləri üçün xüsusi kimyəvi həllər təqdim edir. Baş ofisi ABŞ-ın Delaver ştatında yerləşən şirkətin 16 500-dən çox mütəxəssisdən ibarət heyəti mövcuddur. Solenisin 70 istehsal müəssisəsindən ibarət qlobal şəbəkəsi var hansı ki altı qitədə və 160 ölkədə fəaliyyət göstərir.

"Neuberger Berman” şirkətinin Azərbaycanla əməkdaşlığı

“Neuberger Berman” ilə ARDNF-in strateji əməkdaşlığı 2016-cı ildən etibarən başlayıb. Xüsusi idarəetmə mandatı çərçivəsində ARDNF tərəfindən müxtəlif tranşlar vasitəsilə ümumilikdə təxmini 600 milyon ABŞ dolları sərmayə qoyulub. “Neuberger Berman”, əsasən, informasiya texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları və səhiyyə sahələrinə investisiya edir. Bu sahələrdə şirkət əsasən mühüm trendlərdən faydalanması gözlənilən şirkətlərə investisiya edir və bununla da portfelin müxtəlif makro-iqtisadi şəraitlərə dayanıqlılığını təmin edir.

ARDNF-nin “Neuberger Berman” ilə əməkdaşlığı əsasında ölkədə təhsil, səhiyyə, texnologiya, sənaye və istehlak sahələrinin qurulması və inkişafı mümkündür.

“Brookfield Asset Management” şirkəti

Alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub, şirkətin özəl səhm, kredit, infrastruktur, daşınmaz əmlak, bərpa olunan enerji fondlarında idarə etdiyi vəsaitlərin ümumi dəyəri 1 trilyon ABŞ dolları təşkil edir. Qlobal səviyyədə aparıcı investisiya şirkəti olan “Brookfield” bütün qitələri əhatə edən 30-dan çox ölkədə fərqli sektorlarda 2 500-dən çox aktiv investisiyaları idarə edir. Şirkətin baş ofisi Kanadanın Toronto şəhərində yerləşir.

Şirkətə investisiya edən 2 000-ə yaxın institusional investor arasında nüfuzlu suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə şirkətləri var. 125 illik uğurlu investisiya tarixinə sahib olan “Brookfield”, böyük miqyaslı kapitala sahib olmasının yaratdığı imkanlar, ixtisaslaşmış əməliyyat bacarığı, qlobal əhatəsi və əlaqələrə sahib olması sayəsində həm institusional qurumların, həm də fiziki şəxslərin vəsait yatırdığı platformalara malikdir.

Xüsusilə qeyd etmək lazımdır ki, şirkət regionlar üzrə yüksək səviyyədə diversifikasiya edilmiş portfelə sahibdir. Şirkət 550 milyard ABŞ dolları dəyərində ABŞ-də, 230 milyard ABŞ dolları dəyərində Avropa və Orta Şərqdə, 152 milyard ABŞ dəyərində Asiya Sakit Okean Hövzəsində, 66 milyard ABŞ dolları dəyərində Kanadada və 61 milyard ABŞ dolları dəyərində Cənubi Amerikada aktivləri idarə edir. Sektorlar üzrə isə 332 milyard ABŞ dolları dəyərində kredit, 278 milyard ABŞ dolları dəyərində daşınmaz əmlak, 222 milyard ABŞ dolları dəyərində infrastruktur, 150 milyard ABŞ dolları dəyərində özəl səhm və 137 milyard ABŞ dolları dəyərində alternativ enerji üzrə investisiyanı idarə edir.

1999-cu il etibarilə “Brookfield” mövcud olan hidroenerji portfelindən istifadə edərək qlobal miqyasda bərpa olunan enerji sahəsində fəaliyyətini genişləndirməyə başlayıb. 2017-ci ildən bəri şirkət dünyanın ən böyük bərpa olunan alternativ enerji operatorlarından birisinə çevrilmişdir. Bərpa olunan enerji sahəsində “Brookfield” 43 qiqavat işlək enerji və 227 qiqavat həcminə sahib fiber boru xəttinə malikdir ki, bu rəqəm Hindistanın bugünkü elektrik gücündən çoxdur. Bu, dünyadakı ümumi bərpa olunan enerji gücünün təxminən 5 faizinə bərabər olmaqla “Brookfield”-i dünyanın ən böyük “yaşıl enerji” oyunçularından birinə çevirir. Həmçinin, bərpa olunan enerji sahəsində dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq edir. Bu çərçivədə şirkət 2026-2030-cu illərdə “Microsoft”-a 10,5 qiqavatlıq yeni bərpa olunan enerji təmin etmək barədə razılaşma imzalayıb. Əlavə olaraq, “Google” ilə təxminən 3 qiqavatlıq hidroenerji gücünün təmin olunmasına dair müqavilə bağlayıb. “Brookfield”-in ən mühüm üstünlüklərindən biri nüvə energetikası sahəsindədir. Şirkət “Cameco” ilə birlikdə “Westinghouse Electric Company”-nin sahibidir. “Westinghouse” texnologiyası hazırda dünyadakı nüvə reaktorlarının təxminən yarısında istifadə olunur. Bu fakt “Brookfield”-i yalnız bərpa olunan enerji deyil, həm də qlobal nüvə xidmətləri və texnologiyaları sahəsində liderlərdən birinə çevirir.

İnfrastruktur layihələri baxımından “Brookfield” 312 min telekom qülləsi, 28 min kilometr fiber optik xətt və 100-dən çox data mərkəzə sahibdir. Bu aktivlər qlobal rəqəmsal iqtisadiyyatın təməl sütunlarıdır. Daşınmaz əmlak investisiyaları üzrə isə “Brookfield Properties” 36 milyon kvadratmetrdən çox sahəni idarə edir ki, bu sahə Sinqapurun bütün daşınmaz əmlak bazarının ölçüsünə yaxındır.

İnfrastruktur və daşınmaz əmlak fondlarından savayı, Birləşmiş Ərəb Əmirliklərində “GEMS Education” kimi özəl məktəblər şəbəkəsinə yatırımlar həyata keçirilib. “GEMS Education” dünyanın ən böyük özəl K12 təhsil operatorudur və əsasən, BƏƏ-də olmaqla 60 məktəbdə 140 000-dən çox şagirdi əhatə edir. Əlavə olaraq, şirkətin Böyük Britaniya, İsveçrə və Qətərdə də fəaliyyəti var. Şirkət Britaniya, Amerika, Hindistan və “International Baccalaureate” proqramlarını əhatə edən diversifikasiya olunmuş təhsil proqramına malikdir.

Şirkətinin həyata keçirdiyi digər iri investisiyalar arasında aşağıdakıları qeyd etmək olar:

- “GD Towers” - 2022-ci ilin ortalarında "Brookfield" digər partnyorları ilə birlikdə "Deutsche Telekom"-un şəbəkə infrastrukturu təminatçısı "GD Towers"-ın 51%-lik payını satın alıb. Almaniya və Avstriyada yerləşən 40 mindən çox mobil şəbəkə qüllələrini əhatə edən portfel 17.5 milyard avro dəyərində qiymətləndirilib ki, bu da həmin il üçün Avropada ən böyük infrastruktur investisiyalarından biri olub.

- "Triton International"- bu şirkət intermodal (gəmi, qatar, yük avtomobilinə qoşula bilən 20 və ya 40 futluq konteynerlər) konteynerlərin lizinqi üzrə dünyanın ən böyük şirkətlərindən biridir. Triton 7 milyon beynəlxalq standart 20 futluq konteyner donanmasını MSC, Maersk, Hapa-Lloyd AG kimi dünyanın aparıcı yükdaşıma şirkətlərinə icarəyə verir. 2023-cü ildə "Brookfield Infrastructure" şirkəti “Triton”-u 13.3 milyard ABŞ dolları dəyərində razılaşma ilə satın aldı və bununla sabit gəlirli logistika platformasını öz portfelinə əlavə etmişdir. “Brookfield”-in idarəsi altında “Triton” inkişafını davam etdirərək, 2025-ci ildə donanmasını genişləndirmək üçün "Global Container International LLC" şirkətini də satın alıb.

“Brookfield Asset Management” şirkətinin Azərbaycanla əməkdaşlığı

ARDNF 2019-cu ildən etibarən “Brookfield Asset Management” şirkəti ilə strateji tərəfdaşlığa başlayıb və sözügedən şirkət tərəfindən idarə olunan müxtəlif fondlara ümumilikdə 660 milyon ABŞ dolları sərmayə yatırıb.

ARDNF-nin “Brookfield Asset Management” ilə əməkdaşlıq əsasında ölkədə bərpaolunan enerji, logistika, telekom, data mərkəzləri, təhsil, infrastruktur layihələri həyata keçirilə, eləcə də ölkənin enerji təhlükəsizliyi və rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see209

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see121

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see117

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see116

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see115

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri