Icma.az
close
up
RU
Müğənnilərlə bağlı yayılan siyahı diqqət çəkdi Astronomik rəqəmlər

Müğənnilərlə bağlı yayılan siyahı diqqət çəkdi Astronomik rəqəmlər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda müğənnilərin toy qiymətləri yenidən müzakirə yaradıb. Yayılan məlumatlara görə, yarım saatlıq iştirak üçün Aygün Kazımova 15 min, Röya Ayxan 10 min, Brilliant Dadaşova 7 min, Murad Arif 4 min, Namiq Qaraçuxurlu 4 min, Abbas Bağırov 5 min, Tünzalə Ağayeva 7 min, Faiq Ağayev isə 7 min manat qazanır. Lakin onların gəlirlərinin necə müəyyənləşdirildiyi, hansı qaydada vergi ödədikləri barədə məlumat bəlli deyil.

Bu sahədə gəlir və vergilərin hesablanması hansı prinsiplərə əsaslanır?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, hazırda ölkədə müğənnilərin öz vergi öhdəliklərini necə müəyyənləşdirməsi və həyata keçirdiyi maliyyə əməliyyatlarını hansı formada uçota almaları barədə müxtəlif fikirlər var:

“Ümumi fikir formalaşdırmaq üçün şou-biznes sahəsini vergi nöqteyi-nəzərindən təhlil etməliyik. Bu sahə ilə məşğul olmaqla fərdi qaydada gəlir əldə etmək istəyən fiziki şəxs (məsələn, müğənni) fəaliyyətə başlamazdan əvvəl vergi orqanında uçota durmaqla VÖEN əldə etməlidir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunda (DSMF), Statistika şöbəsində qeydiyyatını yoxlamalı, eyni zamanda, məşğulluq mərkəzlərinə də qeydiyyatla bağlı müvafiq məlumatları verməlidir. Hər 4 dövlət orqanında qeydiyyatı təmin edilən fiziki şəxs – müğənni fərdi sahibkar kimi fəaliyyət göstərə bilər”.

Asim Abbasov

Vəkil bildirib ki, bəzən məşhurların adı vergi qalmaqallarında hallanır, dünya ulduzları buna görə ciddi cəzalandırılır: 

“Məsələn, İtaliyanın ən məşhur kino ulduzlarından olan Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olmuşdu. Başqa bir görkəmli italiyalı məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılmışdı. Dahi rejissor və aktyor Çarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilmişdi. Bu yaxınlarda əfsanəvi futbolçu Lionel Messinin adı ətrafında ciddi vergi iddialarının qaldırıldığının şahidi olduq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri