Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Prezident İlham Əliyevin Ağdamdan tarixi yaddaş mesajları

Prezident İlham Əliyevin Ağdamdan tarixi yaddaş mesajları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

I MƏQALƏ

Tarix və Zaman

Böyük Liderlər tarixi Zamanda mənalandıra bilirlər. O mənaların içərisindən tarixi dövr üçün daha əhəmiyyətli olanı müəyyən edirlər. Bununla həm tarixi konkret Zaman kəsimində “yaşadırlar”, həm də onun kollektiv şüurun “yaddaş naxışlarına” çevrilməsinə yön verirlər. Tarix real həyatdan toplumun yaddaşına belə həkk olunur. Liderin sözü tarixin izinə çevrilir. Liderin sözü tarixin izində qalır!

Hər tarixi dönəmin öz yaddaşı var. Milyonların şüuruna hopmuş həqiqətlər millətin tarixi dövrdə gələcəyə baxışının rəmzidir. Bununla cəmiyyət gələcəyin obrazını yaradır və onu əyaniləşdirir. Henri Kissincer yazır ki, bu proses lidersiz mümkün deyildir, çünki onun missiyası etnosun keçmişini dəqiq bilmək əsasında gələcəyə aparmaqla bağlıdır.

Prezident İlham Əliyevin Ağdamdan verdiyi mesajlar müasir Azərbaycan dövləti və cəmiyyətinin tarixi yaddaşının zənginləşməsinin ana xəttini ifadə edirlər. Dövlət başçısı bu dəfə Azərbaycan tarixini və onun bu gün yaddaşlarda həkk olunmasının ümumi mahiyyətini “Zaman ritminə” tam daxil edə bildi. Azərbaycan rəhbərinin mesajlarına qısa da olsa, nəzər salaq.

Xalqın tarixi irsi

Xalqın tarixi irsi onun yaddaşının bünövrəsidir. Əslində tarixi irs olmadan kollektiv yaddaş da olmaz. “Manqurt” yaratmaq niyyətində olanlar fərdlərin yaddaşını pozmaq məqsədi güdmüşlər. Kollektiv miqyasda bu işi daha dəhşətli və mənfur üsullarla etməyə çalışırlar. Xalqın bütövlükdə tarixi irsini məhv etməyə cəhdlər göstərirlər. Əgər alınsa, hədəf seçilmiş xalqın tarixi yaddaşı da “manqurtlaşmış” olur. Prezident İlham Əliyevin Ağdamda ifadə etdiyi aşağıdakı tezis bu baxımdan Azərbaycan xalqının tarixi yaddaşı üçün olduqca önəmlidir. Dövlət başçısı demişdir: “Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi”.

Bu artıq adi müharibə və ya hərbi təcavüz deyildir. Əsl mənası bir qədim xalqın tarixi irsini xüsusi məqsədlə silməyə çalışmaqdan ibarətdir. Burada Azərbaycan liderinin çox incə üsulla, ümumiyyətlə, son 250 ildə Azərbaycan xalqına, azərbaycanlılara və Azərbaycan dövlətçiliyinə qarşı imperialist dairələrin yeritdikləri siyasətin gerçək mənasına keçid vardır. Bunu semantik olaraq “Ermənistan dövləti” ifadəsinin tarixi, siyasi və geosiyasi layihə kimi reallaşmasının xüsusiyyətləri fonunda aydın görə bilərik.

Daha sadə olması üçün bu mühüm tarixi, siyasi, dövləti və geosiyasi məsələni konkret hissələrə bölək.

“Ermənistan ideyası” tarixin “gözündə”

Bu gün hər kəs “Ermənistan var” deyir. Lakin həmin ad Cənubi Qafqazda çıx qısa yaddaşa malikdir. Bu bölgədə “Ermənistan” adlanan dövləti əvvəlcə ideya kimi yaratdılar. Sonra onu təcavüz, deportasiya və işğal yolu ilə aborigen türklərin tarixinə, mədəniyyətinə, demoqrafik strukturuna, yerləşim coğrafiyalarına və toplum kimi identikliklərinə nüfuz etdirdilər. Bunun əyani göstəricisi Qərbi Azərbaycanda, Qarabağda, Şərqi və Qərbi Zəngəzurda, Borçalıda, Cənubi Azərbaycanda qırğınlar, deportasiyalar, soyqırımlar, siyasi-ideoloji təzyiqlər formasında XVII əsrin ikinci yarısından başlayaraq XX əsrin 90-cı illərinə qədər olan müddətdə baş verənlərdir. Burada detallara varmaq imkanı yoxdur.

Qısa onu deyək ki, birinci Səfəvi-Rusiya müharibəsindən başlayaraq uzun müddət müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarına ermənilər köçürülməyə başlandı, müəyyən müddətlərdə mütəşəkkil erməni terroru şəbəkəsi vasitəsi ilə bu proses çoxaspektli amansız zorakı xarakter aldı. Yəni imperialist dairələr ermənilərin əli ilə azərbaycanlıları tarixi torpaqlarından zorakılıqla qovurdular, eyni vəhşiliklə onları ya uyğunsuz bir yerə atırdılar, ya da insanlar fərdi və ya ailə miyqasında Cənubi Qafqazın dördbir yanına dağılırdılar. Bununla Azərbaycan qövmu həm ənənəvi sosial strukturlaşma mühitini itirdi, həm ortaq sosial-psixoloji identiklikləri zərər gördü, həm də tarixi irsinin yox olması təhlükəsi yarandı.

Onun üçün ermənilərin havadarları terrorçuları öyrədirdilər ki, türkləri deportasiya etdiyiniz coğrafiyada qondarma erməni tarixi yaradın. Yəni demoqrafik göstəriciləri dəyişin, yer adlarını erməniləşdirin, müqəddəs sayılan yerləri təhqir edin və ya məhv edin (məsələn, məscid və qəbiristanlıqları), mədəniyyət abidələrini yerlə-yeksan edin, toponimləri tamamilə dəyişin və s. Vurğulanan dəyərlərin hamısı xalqın tarixi irsinə aiddir.

“Sovet həmrəyliyi” və “Ermənistan” ideyası

Artıq I Dünya müharibəsinin sonuna Qərbi Azərbaycan torpaqlarının bir hissəsini işğal etmək və ora erməniləri köçürməklə süni erməni dövləti tarixinin ilk sətirlərini yazmışdılar. Bu proses 1920-ci ildə “Ermənistan Respublikası” ideyasının “Ermənistan SSR” proyektinə transformasiya olunması ilə yeni tarixi, siyasi, geosiyasi və ideoloji məzmun almağa başladı. Onun bir neçə əlaməti vardı.

Birincisi, ermənilərin havadarları artıq “Ermənistan”ı ideya kimi bəşəriyyətin şüuruna zorla “pərçimləmişdilər”, hətta onun coğrafi obrazını yaratmışdılar. Bu qondarma ölkə tarixən azərbaycanlılara məxsus olan Qərbi Azərbaycan ərazisində yaradılırdı. Bu zaman, ümumiyyətlə, “Qərbi Azərbaycan” ifadəsi coğrafi, sosial, siyasi, geosiyasi və tarixi-mədəni aspektlərdə yaddaşlardan silinirdi, onun adı heç çəkilmirdi. Rəsmi sənədlərdə əks olunmurdu.

Bununla tarixi reallıq olan “Qərbi Azərbaycan”ı “Ermənistan” ideyası ilə süni şəkildə əvəz etdilər. Tarixi irsimizə vurulan ən böyük zərbə bu məqamla bağlıdır. Ulu öndər Heydər Əliyev daim bu məqamı xüsusi vurğulamışdır. Prezident İlham Əliyev də onu həmişə ayrıca ifadə edir.

İkincisi, xalqların həmrəyliyindən və bərabərliyindən dəm vuran sovetlər nəinki bu ədalətsiz prosesin qarşısını aldı, hətta onu daha amansız müstəviyə transfer etdi. Onlar “sovet həmrəyliyi” adı altında Azərbaycan xalqının tarixi irsini məhv etməkdə davam etdilər. Artıq 1929-cu ilə Ermənistanın ölkə kimi ərazisi 9 min kvadratkilometrdən 29 min kvadratkilometrə qədər şişirdilmişdi. Bununla da SSRİ Ermənistanı tam olaraq dövlət səviyyəsinə qaldırdı və ədəbiyyatda, rəsmi sənədlərdə, beynəlxalq təşkilatların siyasi leksikonunda və sənədlərində “Qərbi Azərbaycan” termini tam silindi (əvvəldə də yox idi, lakin XIX əsrin sonlarında məhdud sayda rus tarixçisi ermənilərin bu regionda heç zaman mövcud olmadığı haqqında yazmışdılar).

Nümunə kimi Millətlər Liqası və BMT-nin qaçqınlarla bağlı qəbul etdikləri qətnamələri göstərə bilərik. Bu təşkilatların heç biri nə “Qərbi Azərbaycan” terminindən istifadə etmişdir, nə də qaçqın kimi həmin ərazidən deportasiya olunmuş soydaşlarımızın adını tutmuşdur. Bir sənəddə belə yoxdur! Tarixi irsin beynəlxalq miqyasda rəsmi silinməsi cəhdi, bax, budur!

Deməli, artıq II Dünya müharibəsi ərəfəsində, faktiki olaraq, Qərbi Azərbaycan bölgəmizin ərazisi hesabına Qərb və Rusiya qondarma və saxta “Ermənistan” ideyası “Ermənistan dövləti” ideyasına transformasiya edilmişdi. Bunun bədəlini isə Azərbaycan xalqı və dövlətçiliyi ödəmişdi – siyasi, mədəni, tarixi, mənəvi, demoqrafik irsimizə qarşı ciddi zərbələr vurğulmuşdu və hətta onu tarixin səhnəsindən tamamilə silmək iştahları meydana gəlmişdi. Ancaq bir reallığı nəzərə almamışdılar.

Heydər Əliyevin liderlik dahiliyi və siyasi iradəsi

Ulu öndər SSRİ dönəmində yeganə şəxsiyyət idi ki, həm sovetə daxil olan bir respublikaya rəsmi rəhbərlik etmişdir, həm də kimsəyə hiss etdirmədən xalqın lideri olmuşdur. SSRİ üçün respublika miqyasında kommunist partiyasına rəhbərlik etməklə xalqın milli mövqeli lideri olmaq mümkün deyildi. Lakin Heydər Əliyev bu mümkün olmayanı bacardı. Ulu öndər Azərbaycan SSR-i faktiki məhv olmaqdan, şovinist dairələrin tələlərindən xilas etdi və Azərbaycan yaşamaqda davam etdi!

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər təyin olunanda respublika çətin vəziyyətdə idi. Onun ərazilərini hektar-hektar müxtəlif bəhanələrlə ermənilərə peşkəş edirdilər. Müxtəlif təzyiq üsulları ilə iqtisadiyyatını, coğrafiyasını, demoqrafiyasını, mədəniyyətini dağıdırdılar. Belə təəssürat yaratmağa çalışırdılar ki, Azərbaycan ayrıca ölkə, cəmiyyət, mədəniyyət və iqtisadi məkan kimi mövcud ola bilməz. Ona görə də onun ərazisini başqaları arasında bölmək lazımdır.

Məhz bu prosesin qarşısını Heydər Əliyev həyata keçirdiyi sosial-iqtisadi, mədəni, elmi, təhsil və s. tədbirləri ilə qətiyyətlə aldı. Ermənilərin ərazi istəmək iştahları batdı, Kremlin bu istiqamətdə planları baş tutmadı. Bununla da XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın tarixi irsinin məhv edilməsi planları ciddi zərbələr aldı. Lakin təcrübə göstərdi ki, düşmən daha hiyləgər və gizli yol seçmişdir. Yəni 1990- cı illərə ermənilərin havadarları yeni planlarını hazırlamışdılar. Bu planda SSRİ-dən sonra Azərbaycanı, ümumiyyətlə, dövlət kimi yox etmək aspekti də mövcud imiş.

1989-cu ildə başlayan yeni şiddət

Bu barədə ulu öndər Heydər Əliyevin çoxlu sayda fikirləri vardır. Prezident İlham Əliyev də dəfələrlə onu ifadə etmişdir. Ağdamda da həmin fikir konkret deyilmişdir: “Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə, görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi”.

ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya idi! Məhz bu dövlətlər yüz illərlə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə ciddi dəstəklər vermişlər və faktiki olaraq, Qərbi Azərbaycanı siyasi leksikondan silmək üçün canfəşanlıq göstərmişlər. Hər üç imperiya xislətli dövlətin bir sıra yaradıcı alim vətəndaşları həqiqəti desələr də, onlara qətiyyən fikir verməmişlər. Deməli, söhbət dərin dövlət siyasətindən gedir.

Azərbaycan Prezidenti Ağdamda məhz bu məqamı məharətlə vurğulamışdır. Müstəqillik illərində həmin dövlətlərin ATƏT-in Minsk qrupundakı fəaliyyəti onu təsdiqləyir ki, əsrlərdən gələn və anti–Azərbaycan xarakterdə olan siyasətlərini davam etdirməyə cəhdlər göstərmişlər. Onun əlamətlərindən biri də Azərbaycanın tarixi irsinə böyük qəsdlərdən ibarətdir.

Çünki faktdır ki, ermənilər 1989-cu ildən başlayaraq Qarabağda və Şərqi Zəngəzurda işğal etdikləri ərazilərdə tarixdə misli görünməmiş dağıdıcılıq etmişlər. Onlar sadəcə Azərbaycan ərazisini havadarlarının çox böyük hərbi dəstəyi ilə zəbt etməmişlər, həm də mədəniyyətimizə, dini dəyərlərimizə, coğrafiyamıza, mənəvi-əxlaqi dəyərlərə böyük ziyan vurmuşlar. Bu aspektdə onlar yüzillərdir apardıqları tarixi irsi dağıtmaq xəttini sadəcə yeni tarixi mərhələdə davam etdirmişlər. Buna görə də Azərbaycan Prezidentinin yuxarıda gətirdiyimiz fikri həm keçmişi, həm də gələcəyi əhatə edən strateji mövqedir. O baxımdan ki, tezisdə ifadə edilən “Ermənistan dövləti”, “bu bölgələr” və “Azərbaycan xalqının tarixi irsi” keçmişdən gələrək bu gün xüsusi siyasi və geosiyasi məzmun alan ifadələrdir. Onlar daha geniş anlama malikdirlər. Faktiki olaraq, Azərbaycan dövlətçiliyinə qarşı davamlı olaraq aparılan siyasətin başlıca məqamlarını ifadə edirlər.

Bütün bunların əsasında Prezident İlham Əliyevin Ağdamdakı görüşündə çıxışı zamanı apardığı iki ümumiləşdirmə çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir:

- Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi;
- Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar. Bax, bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü burada bariz şəkildə göstərir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri