Prezident İlham Əliyevin dialoq, sülh və əməkdaşlıq mesajları
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev müasir dünyanın qarşısında duran mühüm çağırışlara, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın vacibliyinə, Azərbaycanın beynəlxalq mövqeyinə və regional sülh məsələlərinə toxunub. Dövlət başçısı Forumun müxtəlif xalqları və mədəniyyətləri bir araya gətirən mühüm beynəlxalq platforma olduğunu vurğulayıb. Azərbaycanın əsrlər boyu fərqli dinlərin və xalqların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi tanındığını qeyd edən Prezident İlham Əliyev bu ənənələrin bu gün də qorunduğunu diqqətə çatdırıb. Ölkəmizdə multikulturalizm və dini dözümlülük cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsidir. Azərbaycançılıq ideyası ətrafında birləşən xalqımızın həmrəyliyi, milli-mənəvi dəyərlərə bağlılığı və dövlətçilik iradəsi ölkəmizin inkişafının əsas dayaqlarındandır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçdiyi tarixi yola, ərazi bütövlüyünün və suverenliyinin bərpasına da xüsusi diqqət yetirib. Dövlət başçısı uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması istiqamətində ölkəmizin üzləşdiyi çətinlikləri xatırladaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təntənəsi olub. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının birliyini, ordumuzun qüdrətini və müstəqil siyasətimizin uğurlarını nümayiş etdirib. Dövlət başçısının mesajlarından biri də beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiq olunmasının vacibliyidir. İkili standartlar və beynəlxalq qərarların selektiv icrası dünyada ədalətə və qarşılıqlı etimada ciddi zərbə vurur.
Dövlət başçısının çıxışında sülh və regional əməkdaşlıq məsələləri də mühüm yer tutub. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürüb. Bu yanaşma ölkəmizin gələcəyə müharibə və qarşıdurma prizmasından deyil, sabitlik və əməkdaşlıq mövqeyindən baxdığını göstərir. Prezident İlham Əliyevin fikirləri bir daha təsdiqləyir ki, davamlı sülhün əldə olunması üçün qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və siyasi iradə əsas şərtlərdir. Müasir dünyada münaqişələrin artdığı bir şəraitdə fikir ayrılıqlarının dialoq yolu ilə həlli, dövlətlərin suverenliyinə hörmət edilməsi və etimad mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu prinsipləri müdafiə etməklə yanaşı, regionda uzunmüddətli sabitliyin təmin olunmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə çalışır.
Forumda səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu da əks etdirib. Ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat və logistika, iqtisadi tərəfdaşlıq və beynəlxalq dialoq sahələrində həyata keçirdiyi təşəbbüslər onun etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və qlobal sülhə töhfə verilməsidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha nümayiş etdirib ki, Azərbaycan yalnız müxtəlif mədəniyyətləri bir araya gətirən ölkə deyil, həm də beynəlxalq anlaşmanın və əməkdaşlığın inkişafına töhfə verən fəal tərəfdaşdır. Prezident İlham Əliyevin mesajları isə sülhün, ədalətin, milli birliyin və qarşılıqlı hörmətin ortaq gələcəyin qurulmasında həlledici əhəmiyyət daşıdığını bir daha ön plana çıxarıb.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















