Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Prezident İlham Əliyevin böyük liderliyi İlə möhtəşəm Zəfər yaşantılarımız davam edir

Prezident İlham Əliyevin böyük liderliyi İlə möhtəşəm Zəfər yaşantılarımız davam edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondan özünün sosial şəbəkə profilində paylaşım edərək, Prezident İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığını vurğuladı. Əlbəttə, sülhü qazanmaq asan başa gəlmir. Əvvəla, sülh ədalətli olmalıdır. Digər tərəfdən, tarixdə bir çox fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə etdiklərini danışıqlar masasında itiriblər. Deməli, qazanılanı qorumaq vacibdir. Məhz bu mənada dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail olaraq qələbəni qorumaq örnəyi. 

Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində ardıcıl və prinsipial davranmaq müstəsna məharət tələb edir. Ancaq heç də hər liderdə bu məharət olmur. 

Beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər, nəhəng təbəddülatlar fonunda hadisə və proseslərin necə cərəyan edəcəyini müəyyənləşdirmək bacarığına malik çox az dövlət başçısı tapılar. Nəzərə alaq ki, hər prezident, yaxud hökumət rəhbəri lider statusunu daşımır. Xoşbəxtlikdən, Azərbaycanın dövlət başçısı məhz belə bir liderdir və biz bu günlərdə İlham Əliyev liderliyinin daha bir təntənəsini yaşadıq. Elə bir təntənə ki, təəssüratı hər birimizə inanılmaz qürur və fəxarət hissi yaşatmaqdadır. 

Yaşadığımız dünya dərin və geniş çalxalanma mərhələsindədir. Müharibələr, qarşıdurmalar, toqquşmalar, ümumən qeyri-adi proseslər insanları gərgin duruma salır, hədsiz narahatlıq və nigaranlıq yaradır. Qarşıda bəşəriyyəti nələrin gözlədiyinə dair ən müxtəlif ehtimallar isə bir çox hallarda subyektivizmin təsirinə məruz qalır. Amma hətta belə çətin şəraitdə də xalq olaraq qəti şəkildə əminik: siyasi idarəçilikdə, çoxplanlı fikir və düşüncələrində, əhatəli hesablamalarında əsla yanılmayan, tutduğu yoldan dönməyərək sarsılmaz xarakter nümayiş etdirən məhz Azərbaycan lideridir – Prezident İlham Əliyevdir. Xalqımızı Zəfərə daşıyan da dövlətimizin başçısının bu xarakteridir. Bu xarakter Azərbaycana ardıcıl parlaq zəfərlər, onun özünə isə Müzəffər Ali Baş Komandan ünvanı qazandırıb.

2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə vurğulamaq mümkündür. 

Prezident İlham Əliyevin əminliyi və qətiyyəti yaşadığımız qarışıq və nigaran zamanda ən ümdə təskinliyimiz və təsəllimizdir. Elə bir təskinlik ki, Prezidentin bu tarixi ABŞ səfəri kimi nəhəng reallıq üçün sonsuz inam yaratdı. Elə bir təsəlli ki, üzümüzə Ağ Evin qapılarının da açılacağına heç bir şübhə yeri qoymadı. Çünki İlham Əliyevin liderliyi öz gücünü birinci növbədə xalqın etimadından, möhtəşəm siyasi zəka ilə dürüstlük və səmimiyyətin vəhdətindən alır. 

Özünün məşhur formulu ilə ifadə etsək, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin lider uzaqgörənliyinin təntənəsi təkcə doğma xalqımızın düşüncəsində möhkəmlənmiş gerçəklik deyil. Dünyanın bir çox ölkələrinin nüfuzlu şəxsləri bu barədə söz açır, arqumentlər səsləndirir, paralellər aparırlar. Məsələn, yaxşı yadımdadır ki, 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevi Rusiyanı, regionu ən dəqiq tanıyan lider, Rusiya-Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biri kimi dəyərləndirmişdi. Nəzərə alaq ki, Türkiyə kimi böyük güc faktorunun, NATO ölkəsi rəhbərinin belə fikir səsləndirməsi adi məsələ sayıla bilməz. Dünyanın ən böyük dövlətinin lideri olan Donald Trampın Prezident İlham Əliyevə Ağ Evdəki xitabı da bu baxımdan müstəsa önəm daşıyır: “Siz böyük lidersiniz”. 

Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır” iltifatını da eşitdik və inanılmaz dərəcədə qürurlandıq. Şübhəsiz, bu iltifat dəyər baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına imkan qazandıran da Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik kursudur. Deməli, Ağ Evdə - dünyanın ən böyük dövlətinin ali ofisində, dünyanın ən möhtəşəm Prezidentinin Azərbaycanın ali rəhbərinə ünvanlanmış xoş fikirləri də həqiqi liderliyə layiqli dəyər və qiymətin beynəlxalq miqyasdakı ən parlaq təzahürüdür. Belə təzahürlə necə öyünməyəsən?

Prezident İlham Əliyevin ABŞ-yə səfəri gözlənilən idi. Bununla bağlı xəbərlər yayılmağa başlayanda Azərbaycanda, az qala, hər kəs bu mövzu barədə müzakirə aparırdı. Səfər çərçivəsində yaşananlar isə gözləntiləri nəinki tam mənada doğrultdu, hətta bir sıra cəhətlərinə görə bütün gözləntilərdən yüksəkdə qərarlaşdı.

Ən müxtəlif şəxslərin dəqiq müşahidə qabiliyyətinin tutarlı nəticələrini, görüş zamanı ayrı-ayrı jestlərə, mimikalara nəzərən rəmzi məqamları necə qiymətləndirdiklərini sosial şəbəkələrdə diqqətlə izlədim. Hər kəsi qürurlandıran məqamlardan biri də Prezident İlham Əliyevin Ağ Evdəki özünəməxsus sərbəstliyi, çox az sayda liderə xas olan özgüvəni, orada az qala ev yiyəsi statusunda davranması idi. Hesab edirəm ki, dövlətimizin başçısının həm dəqiqlik və ciddiyyəti, həm hansısa məsələlərlə bağlı fikirləri, çevik, mükəmməl reaksiyası, ümumən, onun bu səfərin, görüşlərin əhəmiyyətinə, Donald Trampın sülh anlaşmasında roluna dair dilə gətirdiyi düşüncələr, bəzən çox incə yumorla, siyasi ustalıqla  dedikləri diplomatiya dərsliklərində layiqincə yer alacaq.

Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl siyasi-diplomatik davranışları ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd olan bir liderin nailiyyətlər salnaməsinin yeni səhifələrini yazdı. Əlbəttə, belə bir liderin ABŞ-yə yüksək səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də tarixi əhəmiyyət daşımalı idi və belə də oldu. Bu, təkcə mənim və Azərbaycan ictimaiyyətinin deyil, beynəlxalq aləmin gəldiyi qənaətdir, oturuşmuş fikirdir. 

Azərbaycan, ABŞ və Ermənistan Birgə Bəyannaməsi, xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması, Bəyannamədə bunun vurğulanması nəzərimdə 1988-ci ildən başlayaraq, insanlarımızın həyatına ağır təsirlər göstərmiş münaqişənin müxtəlif epizodlarını canlandırdı. Torpaqlarımızın işğalı, acılar, faciələr, ölümlər – Vaşinqtonda bütün bunların sona çatdığının yüksək təminatlı anonsu verildi. Əminəm ki, prosesin tam yekunu olan sülh müqaviləsi də uğurla imzalanacaq. 

Azərbaycan və Ermənistan arasında barış mühitinin yaranmasına görə dünyanın ən müxtəlif yerlərindən, hətta bizə qarşı dəfələrlə qeyri-obyektiv davranmış beynəlxalq təşkilatlardan, dövlətlərdən alqışlar eşidir, təbriklər alırıq. Bu alqışlara da, təbriklərə də səbəb Prezident İlham Əliyevdir, onun şəxsində dövlətimizdir. Sanballı analitiklər inamla bildirirlər ki, sülh sazişinə gətirən yol birbaşa İlham Əliyevin tarixi xidmətidir. Elə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın ölkəmizin başçısı ilə son telefon danışığında vurğuladığı da budur. Cənab Ərdoğan Prezident Əliyevi sülhün lideri adlandırdı. Lakin Azərbaycan lideri bu istiqamətdə də özünəməxsus təvazökarlıq nümayiş etdirir. Yada salaq ki, dövlətimizin başçısı Ağ Evdə son dərəcə kübar tərzdə barış mühitinin formalaşmasında Trampın rolunu xüsusi vurğulamışdı. Eyni zamanda, o da məlumdur ki, Azərbaycan Prezidenti Ermənistanın Baş naziri ilə birgə ABŞ-nin dövlət başçısını Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək qərarına gəlib.

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin və səfər boyu yaşananların böyük tarix mahiyyətində  Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məsələsi də önəmli yerə sahibdir. Məlum olduğu kimi, söhbət bu məqsədlə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökumətləri arasında imzalanmış Anlaşma Memorandumundan gedir. Heç şübhəsiz, sənəd Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni bir mərhələyə keçdiyini təsdiqləyir. Ona da şübhə yoxdur ki, haqqında söz açdığımız Birgə Bəyannamənin Zəngəzur dəhlizi məntiqi, habelə mövcud xüsusdakı Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu deyimləri də yeni mərhələnin uğur trayektoriyasını müəyyənləşdirəcək. Burada ən başlıca məqamlardan biri isə xalqımıza, ölkəmizə qarşı tarixi ədalətsizliyin aradan qalxdığının nümayişkaranə şəkildə ifadə olunmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda mediaya müsahibəsində səsləndirdiyi bir mülahizə bu baxımdan olduqca önəmlidir: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.

Həqiqətən, Prezident Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvini nümayişkaranə şəkildə həyata keçirdi. Bu, son dərəcə böyük jestdir. Beləliklə, müstəqilliyimizin ilk illərindən bəri xalqımızı narahat edən, dünyada Azərbaycana qarşı misli görünməmiş haqsızlığın simvolu kimi tanınan sənəd qüvvəsini itirdi. Vaşinqtonda, həmçinin, fəaliyyəti ədalətsizliyə meydan verməyə, torpaqlarımızın işğalını leqallaşdırmağa yönəlmiş bir təsisatın - ATƏT-in Minsk Qrupunun varlığına rəsmən son qoyulacağına mütləq təminat verildi. Bəlli gerçəklikdir ki, Minsk Qrupu həmsədrlərinin uzun zaman ərzində regiona, ölkəmizə saysız səfərləri, bununla bağlı çıxışları dövlətimizin rəhbərliyində və xalqımızda ikrah, qəzəb doğurmuş, bu qrupun təmsilçiləri məsxərə predmetinə çevrilmişdilər. Təəssüf ki, otuz ilə yaxın müddətdə saxta sülh elçilərinin hoqqabazlığına dözmək məşəqqətini yaşadıq. Amma bu dövr də artıq qapanmaq üzrədir. Ölü təsisata çevrilmiş Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğunu, onun guya davam etdiyi məntiqini vurğulaması məlumdur. Ona görə də ölkəmizin rəhbərliyi bu qrupun ləğvini çox vacib şərt kimi irəli sürür. Bakının İrəvan qarşısındakı ikinci şərti isə Ermənistan Konstitusiyasının işğalçılıq, ərazi iddiası mahiyyətindən qurtulmasıdır ki, yekun sülh müqaviləsinin imzalanmasınadək bu tələbimizin də yerinə yetiriləcəyi artıq rəsmən təsdiqini tapıb. Vaşinqton uğurumuzu şərtləndirən amillərdən biri də məhz bu təsdiqlənmədir. 

Sonda ümumiləşdirmə apararaq deyim ki, müasir dövrdəki haqq davamızın bir çox təntənələrini hədsiz qürurla, böyük sevinclə yaşamışıq. 2020-ci il 8 Noyabr Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər birimizi sevinc gözyaşlarına qərq edib. Hesab edirəm ki, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə, bizə yaşatdığı qürur və xoşbəxtliyə görə onlardan heç nə ilə geri qalmır. Bu tarix son illərin uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs haqq mübarizəmizin zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edildiyi misilsiz məqamdır. Birbaşa Prezident İlham Əliyevin adı, fəaliyyəti ilə bağlı olan daha bir möhtəşəm yaşantıdır. Buna görə, həqiqətən, xoşbəxt xalqıq. Xoşbəxt xalqı və onun liderini yeni parlaq zəfər münasibətilə təbrik edirəm!

Rəşad MƏCİD,

Azərbaycan Mətbuat Şurasının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri