Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderliyi ilə yeniyeni uğurlar qazanılır

Prezident İlham Əliyevin liderliyi ilə yeniyeni uğurlar qazanılır

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Quliyev,

YAP Nərimanov rayon təşkilatının sədri

Bu gün müstəqil Azərbaycan dövləti özünün tarixi inkişaf dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin güclü təməllərini atdığı müstəqil dövlətimizin uğurlarının əsasında  Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi dayanır. Prezident İlham Əliyev fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün güclü siyasi lider olduğunu isbatlayıb.

Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılıb, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənib. 2020-ci ildə əldə edilmiş möhtəşəm  Qələbə ilə azad edilmiş bütün torpaqlarımızda suverenliyimiz də tam bərpa olunub, Azərbaycan bayrağı bütün ərazilərimizdə ucaldılıb.

Beləliklə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə möhtəşəm uğurlar qazanaraq dövlətimizin və xalqımızın qarşısında duran ən ümdə vəzifəni də yerinə yetirib – ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib. Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında – tarixi ədalətin bərpasında həlledici rol oynayıb. Artıq Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin başçılığı altında reallaşdırılan siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.

Yeniliklərdən söhbət açarkən, burada gəncliyin rolu xüsusi vurğulanmalıdır. Məlumdur ki, Gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir.

Azərbaycan gəncliyinin inkişafında Ümummilli Lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Hazırda isə bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümididir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də Ona etibar etməsini arzuladığını ifadə edib. Son 21 ildə  biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlət strukturlarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda müxtəlif mövzularda gənclərə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də dediklərimizi təsdiq edə bilər.

Bu gün dövlət idarəetmə sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü artırır. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir və bu gün buna uğurla nail olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Ölkəmizin dövlət siyasətində də insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan, kadrların inkişafı dedikdə, ilk növbədə, gənclər göz önünə gəlir.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında da Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar,  Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.

Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni mərhələdə inkişafında gənclərimiz də öz sözünü deyir. Xalqın inam və etimadını doğruldan, Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri