Icma.az
close
up
RU
Prezident İlham Əliyevin dayanıqlı sülh arxitekturası və “Zayed mükafatı” ŞƏRH

Prezident İlham Əliyevin dayanıqlı sülh arxitekturası və “Zayed mükafatı” ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Əvvəlcədən də elan olunduğu kimi, 2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in paraflanması 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı bir günlük lokal antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranmış sülhün rəsmiləşdirilməsi istiqamətində ilk addımdırsa, “Zayed Mükafatı”nın təqdimatı bu prosesin uğurlu sonluqla nəticələndiyinə olan beynəlxalq inamın təsdiqi kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, 30 illik ağır və üzücü münaqişədən və bu münaqişənin bütün ağrılı nəticələrinin qısa müddətdə aradan qaldırılmasının çətinliyinə rəğmən, Prezident İlham Əliyevin Ermənistanla sülhə nail olmaq strategiyası və bu istiqamətdə atdığı düzgün, ardıcıl və məntiqli addımlar kənar müdaxilələri istisna edən Cənubi Qafqazın qarşıdakı onilliklər, hətta əbədi təhlükəsizlik arxitekturasının qurulması kimi səciyyələndirilməlidir. Azərbaycan Prezidentinin regionda sülh siyasəti elə münaqişənin həllində tutduğu mövqe qədər ədalətlidir və hər iki ölkə xalqlarının mənafeyini ən optimal şəkildə nəzərə alır.

Belə ki, Azərbaycanın 2020-ci ilin noyabrında müharibənin başa çatmasından dərhal sonra qalib ölkə olaraq təklif etdiyi sülhün təməlində hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tam tanıması amili dayanırdı. Bu baxımdan son 5 ildə ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin uğura gətirib çıxarmayan vasitəçilik cəhdlərindən sonra ötən ilin avqustunda Ağ Evdə əldə olunan irəliləyiş bu amilin təqsdiqi istiqamətində atılan ən ciddi addım oldu. Nəticədə, Ermənistanın daim sağa-sola meyil edərək, vasitəçilər axtarmaq, əslində isə özünə yeni şəraitdə yeni havadarlar tapmaq səyləri qarşılığında Prezident İlham Əliyevin sülh danışıqlarında daha çox ikitərəfli, vasitəçilərsiz (və ya neytral platformalarda) danışıqlara üstünlük verməsində nə qədər haqlı olduğu öz təsdiqini tapdı.

Yeri gəlmişkən, BƏƏ, o cümlədən Əbu-Dabi şəhəri artıq iki ölkə arasındakı sülh danışıqlarında öz möhürünü vurmuş məkan sayıla bilər. Dövlət başçımız mükafatın təqdim mərasimindəki nitqində bu barədə danışmışdır: “Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir”.

Cəmi 7 ay əvvəl, 2025-ci il iyulun 10-da Əbu-Dabidə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında ABŞ-dakı yekun görüşdən əvvəl keçirilən son danışıqlar raundunda sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılmış, danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunmuşdu. İndi, 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən son görüş növbəti dəfə üçüncü tərəflərin maraqlarının müşayiəti ilə keçirilən deyil, məhz tərəflərin birbaşa təmasının daha effektiv nəticələr verdiyini təsdiqləyir. Təsadüfi deyil ki, son ikitərəfli görüşdə liderlər artıq etimad quruculuğu tədbirlərinin gücləndirilməsini, ilk addımlarının atıldığı ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsini, TRİPP və digər bağlantı layihələrinin həyata keçirilməsini, sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Beləliklə, Azərbaycan liderinin təklif etdiyi sülh yalnız hərbi əməliyyatların həmişəlik istisna olunmasını deyil, həm də tərəf müqabili üçün mühüm iqtisadi imkanları da özündə ehtiva edir. Burada Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa əlaqənin yaradılması bir tərəfdən Azərbaycan üçün sülhün praktiki faydası kimi görülsə də, digər tərəfdən Ermənistanın özünün blokadadan çıxması, regional və beynəlxalq nəqliyyat qovşağına qoşulması imkanını təqdim edir. Başqa sözlə, iqtisadi imkanlar sülhün dayanıqlılığının mühüm aləti kimi qəbul olunur, ticarət yolları, nəqliyyat və digər kommunikasiyaların açılması müharibə riskindən “sığortalanma” təminatı hesab olunur.

Bütün bunlar onu göstərir ki, müstəsna müəlliflik hüququ Prezident İlham Əliyevə məxsus olan uzunmüddətli münaqişələrin həllinin “Azərbaycan modeli” hazırkı mərhələdə 44 günlük Vətən müharibəsində, bir günlük antiterror əməliyyatında və sonrakı sülh danışıqlarında qazanılan hərbi-diplomatik zəfərin həm siyasi-hüquqi, həm də iqtisadi müstəviyə köçürülməsi mərhələsinin şahidiyik. Sülh gündəmini formalaşdıran və şərtləri irəli sürən tərəf kimi, təbii ki, Azərbaycan sülhün dayanıqlı olması üçün Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı yönələn istənilən ərazi iddiasının tamamilə çıxarılması mövqeyində qətiyyətlidir. Bu mövqe də özlüyündə sülhü təşviq edir – perspektivdə yeni münaqişənin baş verməsi üçün hər hansı nəzəri hüquqi əsasın istisnasını nəzərdə tutur.

Bütün bu deyilənlərə yekun vuraraq, Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün təminatı olan dayanıqlı sülh siyasətinin birtərəfli faydalı deyil, əslində Cənubi Qafqazda regional sülhü təşviq edən, qarşılıqlı faydalılıq prinsipini də ehtiva edən, qalib dövlətin böyüklüyünü nümayiş etdirən son dərəcə düşünülmüş, ağıllı, uzaqgörən bir strategiya olduğunu təsdiqləyir. Fevralın 4-dəki “Zayed Mükafatı”nın təqdimat mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də qeyd etdiyi kimi: “Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir”.

Məhz bu mənada Azərbaycan dövləti II Qarabağ müharibəsindən sonrakı dövrdə yürütdüyü sülhpərvər siyasəti ilə öz böyüklüyünü, öz gücünü, qüdrətini beynəlxalq icmaya nümayiş etdirir. Dövlət başçımızın müəllifi olduğu “Qalib dövlətin sülh strategiyası” beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirir, qlobal sülh və əməkdaşlıq mirasına yeni məzmun verir, özünü regionun hüdudlarından uzaqda olan analoji vəziyyətlər üçün optimal həll modeli kimi təqdim edir.

Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nı – “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir”, – sözləri ilə qəbul edərkən lideri olduğu xalqımızın, 50 milyonluq dünya azərbaycanlılarının da eyni qüruru və fəxarət hisslərini keçirdiyi şübhəsizdir. Başqa sözlə, Azərbaycanın dövlət başçısına təqdim edilən “Zayed Mükafatı” əsl milli siyasi liderlər üçün ən böyük mükafat olan xalq sevgisinin beynəlxalq əks-sədası və Prezident İlham Əliyevin dünya lideri kimi qəbul edilməsinin təsdiqi kimi də dəyərlidir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri