Icma.az
close
up
RU
Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi inkişafı yüksək səviyyədə təmin edilib

Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi inkişafı yüksək səviyyədə təmin edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvətidir. Xalqın inkişafında ən mühüm varlıq və yaşama amili olan dilin müstəsna rolu var. Prezident İlham Əliyevin fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunub və onun inkişafı yüksək səviyyədə təmin edilib. Azərbaycan dilinin taleyi ilə bağlı təməl ideya istiqamətləri bu gün dil quruculuğu prosesində müasir siyasi yanaşmalar əsasında ardıcıllıqla reallaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı söyləyib.

İnci Qasımlı bildirib ki, Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı tarixi çıxışı alimlər üçün yol xəritəsidir.

“Bu yol xəritəsi bizə dilimizi zənginləşdirməklə yanaşı, onu qorumağın yollarını göstərir. Dilimizin qorunması məqsədilə konfransların, müsabiqələrin, layihələrin, kitabların hazırlanması üçün tədbirlər planı hazırlamalı və tətbiqinə çalışmalıyıq. Dövlətimizin bizə yaratdığı şəraitdən və qayğıdan istifadə edərək Prezidentimizin alimlərə olan inam və etimadını doğrultmalıyıq”, - deyə o vurğulayıb.

“Konfranslarda, simpoziumlarda türk dövlətlərindən, xüsusilə də Türkiyədən olan alimlərin bizim dilimizin əsas bazasının, qanunauyğunluqlarının qorunub saxlanmasına heyran olmaları bizi qürurlandırır. Bütün dünyanın tanıdığı yazıçılardan olan İlbər Ortaylı “Türklərin tarixi” kitabının I cildində dilimiz haqqında belə bir ifadə işlədib: “Azərbaycan türkcəsini niyə sevirik? Çünki bu dil bizim dilimizin gəncliyidir. Hər kəs gəncliyini sevər”. Bu fikirlər dilimizin qorunmasına xalq və dövlət tərəfindən göstərilən qayğının nəticəsini əks etdirir. Dilimizi zənginləşdirərkən çox diqqətli olmalı, yad ünsürlərin dilimizə daxil olmasının qarşısını almalı, dilimizin saflığının, təmizliyinin, qanunauyğunluqlarının qorunmasına çalışmalı və mübarizə aparmalıyıq”, - deyə İ.Qasımlı əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri