Icma.az
close
up
RU
Azərbaycan dilinin inkişafı Heydər Əliyevin uğurlu siyasəti

Azərbaycan dilinin inkişafı Heydər Əliyevin uğurlu siyasəti

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir millətin tarixində elə dəyərlər var ki, zaman keçsə də, rejimlər, sistemlər dəyişsə də, o dəyərlər milli kimliyin, mənəvi bütövlüyün sütunu kimi qalır. Bu sütunlar dağılsa, millət öz ruhunu itirər. Azərbaycan xalqı üçün o müqəddəs sütunun adı - Azərbaycan dilidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə təqvimdə bir tarix deyil. Bu gün hər bir azərbaycanlının qəlbində dilinə olan sevgisinin, hörmətinin, qürur hissinin rəmzidir. Azərbaycan dili tarixin sərt sınaqlarından ucalaraq çıxan müqəddəs bir dildir. XX əsrin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da dərinləşmiş, mərkəzi hakimiyyət milli dilləri dövlət səviyyəsində arxa plana keçirməyə çalışmışdı. Belə bir dövrdə Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli müqavimətimizin, ruhumuzun simvoluna çevrilmişdi. SSRİ rəhbərliyinin yaratdığı süni məhdudiyyətlərə, təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev xalqının dili uğrunda əsl cəsarət və qətiyyət nümayiş etdirdi. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu rəsmiləşdirildi. Bu, həm milli özünüdərk, həm də gələcək üçün böyük zəfər idi. Ulu Öndər özü bunu belə ifadə etmişdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin.” Müstəqillik dövründə dilimiz kimliyimizin möhürü oldu. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dili dövlətçiliyimizin, milli suverenliyimizin rəmzinə çevrildi. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi xalqımızın əsrlərlə çəkdiyi əziyyətin, mübarizəsinin hüquqi qələbəsi oldu. Ulu Öndərin siyasi iradəsi ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, eləcə də “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il tarixli Fərman qəbul edildi. Hər il avqustun 1-də bu günün qeyd edilməsi isə ana dilimizə dövlət səviyyəsində göstərilən ehtiramın parlaq ifadəsi oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” Cənab Prezident İlham Əliyevin ana dilinə xidmət missiyası da çox qürurvericidir. Bu gün də Ulu Öndərin siyasi kursunu cənab Prezident İlham Əliyev inamla və ardıcıllıqla davam etdirir. Dövlətimizin başçısının ana dilimizlə bağlı fikirləri həm siyasətinin, həm də şəxsi mövqeyinin dərinliyini göstərir: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.” Cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar – Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi (2004), Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında sərəncam, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013), “Azərbaycan dilinin saflığının qorunması haqqında” fərman (2018) və s. – dil siyasətimizin möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Azərbaycan dili şeir kimi ahəngdar, muğam kimi zəngindir. Ana dilimiz təkcə danışıq vasitəsi deyil. Bu dil xalqımızın ruhunu, təbiətini, düşüncə tərzini, həyat fəlsəfəsini əks etdirir. Muğamın sədaları, aşıq şeirinin qoşması, xalq nağıllarının sehrli dünyası Azərbaycan dilinin ecazkar imkanlarının nəticəsidir. Ulu Öndərin bu sözləri bunu çox gözəl ifadə edir: “Bizim Azərbaycan dili şeir dilidir.” “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur.” Bu dilin ahəngi ilə yazılan şeirlər, romanlar, mahnılar bizi tariximizə bağlayır, milli ruhumuzu dirildir. Qloballaşmanın çağırışları qarşısında milli məsuliyyət olduqca önəmlidir. Bu gün dünya dəyişir, texnologiyalar sürətlə inkişaf edir, sosial şəbəkələr, yeni informasiya vasitələri yeni söz və ifadələri həyatımıza gətirir. Amma dəyişməyən bir həqiqət var: Azərbaycan dili bizim milli varlığımızın əsasıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan dilinin saflığının qorunması hər kəsin borcudur”. Bu, təkcə dövlətin deyil, hər birimizin, hər bir ailənin, müəllimin, jurnalistin, ziyalının, ən əsası gənclərimizin vicdan borcudur. Ən əsası dilimiz sabahımızın təminatıdır. 1 Avqust günü hər birimiz üçün bir çağırışdır: öz dilimizi daha dərindən bilək, onu sevək, onunla fəxr edək. Çünki bu dil bizi əsrlərdən bu günə gətirdi, sabaha da aparacaq. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.” Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz Azərbaycan dilinin saflığını, zənginliyini, gözəlliyini qoruyub saxlamalıyıq. Bu bizim müqəddəs borcumuzdur.” Bu borcu unutmayaq. Çünki dilimiz tariximizdir, kimliyimizdir, varlığımızdır. Dilimiz ruhumuzun səsi, sabahımızın işığıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri