Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Kəlbəcərdəki açılışları bölgənin inkişafına təkan verir SİYASİ EKSPERT DANIŞDI

Prezident İlham Əliyevin Kəlbəcərdəki açılışları bölgənin inkişafına təkan verir SİYASİ EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəlbəcərdə Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilmiş açılışlar və əsası qoyulmuş yeni obyektlər bölgənin strateji, sosial-iqtisadi və turistik inkişafında mühüm rol oynayır. Bu obyektlərin ümumi mənzərəsi göstərir ki, Kəlbəcərdə aparılan işlər təkcə lokal səviyyədə deyil, ümumölkə miqyasında da əhəmiyyətli nəticələr ortaya çıxarır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə məskunlaşmanın sürətlənməsi diqqət çəkir. Yeni infrastruktur və sosial obyektlərin istifadəyə verilməsi insanların Kəlbəcərə könüllü şəkildə qayıtmaq və burada yaşamaq istəklərini artırır. Bu isə bölgənin sosial həyatının canlanmasına, demoqrafik bərpanın təmin olunmasına və həyatın normal axarına dönməsinə şərait yaradır: "Eyni zamanda, təhlükəsizliyin və abadlığın gücləndirilməsi də önəmli nəticələrdəndir. İnfrastruktur layihələri, yaşayış və sosial obyektlərin inşası Kəlbəcərin daha təhlükəsiz, müasir standartlara uyğun və yaşayış üçün əlverişli bir məkana çevrilməsinə xidmət edir. Bu amil həm də sərhəd bölgəsində strateji sabitliyin qorunmasına mühüm töhfə verir. Digər tərəfdən, Kəlbəcərin zəngin təbii sərvətləri və əlverişli relyefi iqtisadi imkanların genişlənməsi üçün mühüm potensial yaradır. Görülən quruculuq işləri bu resurslardan daha səmərəli istifadəyə şərait açır və bölgənin iqtisadi dövriyyəyə qoşulmasını sürətləndirir. Xüsusilə turizm imkanlarının inkişafı perspektiv baxımından böyük əhəmiyyət kəsb edir. Yeni yolların, kommunikasiya xətlərinin və turistik obyektlərin yaradılması Kəlbəcəri Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Bu, həm daxili, həm də xarici turistlərin bölgəyə marağını artıracaq, turizm sektorunda yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın canlanmasına şərait yaradacaq.

Bütün bunlarla yanaşı, Kəlbəcərdə aparılan işlər geosiyasi və strateji əhəmiyyətə də malikdir. Sərhəd bölgəsində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi ölkənin müdafiə qabiliyyətini gücləndirir, milli təhlükəsizliyin təmin olunmasına əlavə imkanlar yaradır və Azərbaycanın suverenliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində həyata keçirilmiş açılışlar və təməlqoyma mərasimləri yalnız sosial rifah və iqtisadi inkişaf baxımından deyil, həm də strateji təhlükəsizlik və milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirdiyi uğurlu yenidənqurma siyasətinin bariz nümunəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri