Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Prezident İlham Əliyevin siyasi təcrübəsində milli ideya və suverenlik

Prezident İlham Əliyevin siyasi təcrübəsində milli ideya və suverenlik

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

II MƏQALƏ

Ərazi bütövlüyündən cəmiyyətin bütövlüyünə

Ərazi bütövlüyündən cəmiyyətin bütövlüyünə uğurlu keçidə liderlik təcrübəsi baxımından nadir rast gəlinir. Çünki ərazinin bütövlüyü coğrafi hadisədir, cəmiyyətin bütövlüyü sosial-mədəni-psixoloji fenomendir. Ərazinin bütövlüyünün siyasi, geosiyasi və dövləti faktor kimi insanların kollektiv mühitdə sosial, siyasi və mədəni-ideya birliyinə proyeksiya imkanı ciddi kreativ (yaradıcı) olaydır.

Burada siyasi lider üçün başlıca məsələ bu proyeksiyanı davamlı və dayanıqlı təmin edə biləcək və həm də siyasi-hüquqi inklüzivlik formalaşdıracaq mexanizmi tapmaqdan ibarətdir. İlham Əliyev təcrübəsində bu funksiyanı milli ideya yerinə yetirdi. Yalnız politoloji deyil, həm də fəlsəfi baxımdan maraqlı olan bu siyasi təcrübə komponentinin təhlilə ehtiyacı vardır.

Ərazi bütövlüyü ilə cəmiyyətin bütövlüyü anlayışlarının bir-biri ilə qarşılıqlı əlaqədə olduğu elmi ədəbiyyatda vurğulanır. Bu anlayışların münasibətlərinə daha çox dövlət quruculuğu və sabitliyin təmini kontekstində baxırlar. Lakin burada “ərazi bütövlüyü” anlayışının məna çalarlarının çox olması faktını nəzərə almaq gərəkdir.

Onun tarixi, siyasi, dövləti, sosial, coğrafi və mədəni aspektləri vardır. Onların kompleksi hər bir tarixi mərhələdə dövlətçilik üçün xüsusi məna kəsb edir. Bu baxımdan ərazi bütövlüyü ümumi halda beynəlxalq hüququn mühüm prinsipi olmaqla yanaşı, siyasi, tarixi, geosiyasi, mədəni kontekstlərdə də özəl mənalandırılmalı anlayışdır. Həmin təsəvvürün formalaşması isə birbaşa liderin siyasi təcrübəsinə bağlıdır.

Çünki hər bir tarixi dönəmdə ərazi bütövlüyü liderin siyasi baxışları, praktiki fəaliyyətinin məntiqi nəticəsi olaraq dövlətçiliyin aktual məsələsinə çevrilir. Azərbaycanda bu proses keçən əsrin 90-cı illərində xüsusi anlamda daha da aktuallaşdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü xarici təcavüz nəticəsində pozuldu. Üstəlik, beynəlxalq hüququn prinsipi kimi ərazi bütövlüyünü BMT təmin etmək istəmədi. Verilən sözlərə baxmayaraq, BMT ilə yanaşı, ATƏT də saxta davrandı.

Bununla avtomatik olaraq Azərbaycan üçün ərazi bütövlüyü beynəlxalq hüququn prinsipi qismində siyasi-ideoloji və geosiyasi xarakterli məsələ kimi ziddiyyətlər içinə düşdü. Belə bir vəziyyətdə yeganə çıxış yolu Azərbaycan dövləti və cəmiyyətinin daxili potensialını səfərbər etməklə ərazi bütövlüyünü təmin etməkdən ibarət ola bilərdi. Lakin bunu uğurlu surətdə necə etmək mümkün idi? Məhz bu suala konseptual və nəticəverici cavab tapmaq lazım idi. Bu isə mükəmməl müstəqil dövlət quruculuğu kursu daxilində ərazi bütövlüyünün yeri və rolunu adekvat müəyyən etməyi tələb edirdi.

Belə alınır ki, lider elə bir siyasi-ideoloji mexanizm müəyyən etməli idi ki, ərazi bütövlüyünün təminini cəmiyyət özünün varlığı və bütövlüyünün təməl şərti kimi qəbul etsin. Hər tərəfdən ciddi təzyiqlərə, təcavüzlərə məruz qalan və faktiki olaraq coğrafi, siyasi, ideoloji, mədəni, psixoloji və sosial parçalanma ehtimalı getdikcə yüksələn bir cəmiyyətdə optimal həll formulu müəyyən etmək siyasi liderlikdə dühalıq tələb edirdi. Bu vəzifənin öhdəsindən Heydər Əliyev gəldi.

Ulu öndər ərazi bütövlüyünü dövlətçilik tariximizdə ilk dəfə olaraq milli ideya kontekstində aktuallaşdırmaqla böyük bir addım atdı. Burada potensial olaraq 3 mühüm faktor daxili məntiqi əlaqədə təqdim olunurdu - ərazi bütövlüyü, milli ideya və suverenlik! Daha dəqiqi - ərazi bütövlüyünün təminindən suverenliyin təmininə siyasi və ideya keçidi etmək üçün milli ideya əsas mexanizm rolunu oynamalı idi. Bununla müasir mərhələdə Avrasiyanın siyasi təcrübəsində ilk dəfə olaraq müstəqil dövlət ərazi bütövlüyü məsələsini cəmiyyətin bütövlüyü ilə üzvi surətdə və konseptual səviyyədə birləşdirə bildi.

Tədqiqatçılar yazırlar ki, dövlətin ərazi bütövlüyü ilə cəmiyyətin bütövlüyünün təmini “istənilən müstəqil dövlətin suverenliyi üçün mütləq mənada əhəmiyyətlidir”. Bunun üçün tədqiqatçılar konkret şərtləri də vurğulayırlar.

Birincisi, ərazi bütövlüyü “dövlətin təşkilati prinsiplərindən biri kimi” dərk edilir.

İkinicisi, onun potensial olaraq pozulma ehtimalı tam qəbul edilir (yəni heç bir müstəqil dövlət bundan tam sığortalanmamışdır).

Üçüncüsü, ərazi bütövlüyü “daxili və xarici siyasi və ictimai qüvvələrin fəaliyyəti nəticəsində” pozula bilər.

N.V.Ostoruxovun fikri də vurğulanan kontekstdə maraqlıdır. O, 2013-cü ildə yazırdı ki, “ərazi bütövlüyü dövlətin suverenliyinin ayrılmaz elementidir”. Ərazi bütövlüyünə dövlətdaxili və beynəlxalq miqyaslarda həyata keçirilən sistemli siyasət nəticəsində nail olmaq mümkündür. Həmin siyasət özündə siyasi, hüquqi, təşkilati, diplomatik, hərbi, xüsusilə sosial, ideoloji, mədəni və s. aspektləri birləşdirir.

Bu iki iqtibasın ortaq məntiqi ərazi bütövlüyü, cəmiyyətin bütövlüyü və suverenliyin vəhdətdə olmasını təsbit etməkdən ibarətdir. Təbii olaraq, dövlətçiliyin bu vacib atributları arasında davamlı və dayanıqlı əlaqə yaradan faktor-mexanizm olmalıdır. Həmin keyfiyyətdə milli ideyanın rolu əvəzsizdir. Öncə Heydər Əliyev məsələnin bu kontekstdə əsasını qoydu, sonra isə İlham Əliyev onu inkişaf etdirərək reallaşdırdı. Bu məqsədinə Azərbaycan Prezidenti siyasi təcrübəsi vasitəsi ilə nail oldu. Əsas tezis bundan ibarətdir.

Prezident İlham Əliyev çoxsaylı çıxışlarında ərazi bütövlüyü ilə xalqın həmrəyliyini əlaqələndirmişdir. Bu məsələni Azərbaycanın lideri həmişə həyata keçirdiyi siyasi kurs kontekstində izah etmişdir. Yəni birbaşa liderin siyasi təcrübəsinin oynadığı rol irəli çıxarılmışdır. Bu iki faktorun qarşılıqlı əlaqəsində isə müstəqillik və suverenliyin təmini məsələsi vurğulanmışdır. Başqa bucaq altında baxanda aydın olur ki, Prezident İlham Əliyevin siyasi təcrübəsi eksklüziv olaraq milli ideyanın reallaşması bazasında ərazi bütövlüyünün və suverenliyin təmini istiqamətlərinin vəhdətində formalaşmışdır. Bu tezisin faktlarla təsdiqinə diqqət edək.

Siyasi təcrübənin “təməl sahəsi”

İlham Əliyev 2024-cü ildə yerli televiziya kanallarına verdiyi müsahibədə belə bir tezis ifadə etmişdir. Dövlət başçısı vurğulamışdır: “1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.

Bu tezisdən İlham Əliyevin siyasi təcrübə əldə etməsi prosesi kontekstində məntiqi olaraq çox maraqlı nəticə hasil olur. Azərbaycan Prezidenti faktiki olaraq həmin təcrübənin “təməl sahəsi”nin ideya və prinsip mənzərəsini təqdim etmişdir.

Onun üç əsas sütunu vardır: dövlətçilik prinsiplərinin bərqərar olması, Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması və xalq-iqtidar birliyinin təmini! Bu üç mühüm təməl faktorun nəzəri bağlılığı mövcuddur.

Dövlətçilik prinsipləri siyasi sahəni əhatə edir, vətəndaş cəmiyyəti sosial sferanı birgəyaşam forması aspektində xarakterizə edir, xalq-iqtidar birliyi isə, ümumiyyətlə, sosial birliyin mühüm aspektinə aiddir.

Bununla Prezident İlham Əliyevin siyasi təcrübəsinin təməlini siyasi, sosial və ideya (ideologiya, konsepsiya) aspektlərinin qarşılıqlı əlaqəsi təşkil edir. Bu istiqamətlərin kompleks halında yekun mənzərəsinin formalaşmasında aparıcı rolu milli ideya yerinə yetirmişdir. Vurğulanan tezisin prossesual tərəfini Prezidentin 2003-cü ildən başlayaraq göstərdiyi fəaliyyətin konkret nəticələri təsdiq edir. Nümunələrə nəzər salaq.

2003-cü ildə Andiçmə mərasimində İlham Əliyev vurğulamışdır: “Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir...Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Bu fikirlərdə Azərbaycanın ərazi bütövlüyünün təmini prioritet məsələ kimi təqdim edilmişdir və onun milli ideya çərçivəsində reallaşmalı olduğu hər kəsə məlumdur. Prezident İlham Əliyev milli ideyanın nəyin bahasına olursa-olsun reallaşacağının da mesajını vermişdir.

2003-cü ildə siyasi təcrübənin təməlinə yerləşdirilmiş bu prinsiplərin həyata keçməsi dinamikası necə olmuşdur? Prezident İlham Əliyev 2018-ci ildəki Andiçmə mərasimində söylədiyi nitqində ərazi bütövlüyünün bərpası və cəmiyyətin birliyinin təmini məsələlərini xüsusi qeyd etmişdir. Dövlət başçısı ərazi bütövlüyünün bərpası kontekstində ifadə etmişdir: “...Son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.

Cəmiyyətin birliyi ilə bağlı isə Prezident aşağıdakı fikirləri bəyan etmişdir: “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”.

Vurğulanan fikirlər onu ifadə edir ki, 2003-2018-ci illər ərzində Azərbaycan Prezidenti milli ideyanın reallaşdırılması və cəmiyyətin birlik səviyyəsinin yüksəldilməsi istiqamətlərində kifayət qədər zəngin və özünəməxsus təcrübə toplamışdır. Bu prosesin konkret tərkib hissələrinə baxdıqda orada bütün istiqamətlərdə - siyasətdə, sosial sahədə¸ geosiyasətdə, diplomatiyada, mədəniyyətdə, ideologiyada, enerji sferasında, iqtisadiyyatda, ordu quruculuğunda, təhlükəsizliyin təminində, beynəlxalq təşkilardakı fəaliyyətdə böyük zəhmət çəkilmişdir.

Və bütün bunların nəticəsi özünü 2020-ci ilin payızında Vətən müharibəsində göstərdi. Onun əsasında biz ikinci politoloji tezisimizi formalaşdırırıq: “Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu tarixində ik dəfə olaraq Prezidentin siyasi təcrübəsi milli ideya-suverenlik qarşılıqlı əlaqəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin başlıca faktoru oldu”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri