Icma.az
close
up
RU
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan Özbəkistan strateji tərəfdaşlığının yeni mərhələsini təsdiqləyir RƏY

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan Özbəkistan strateji tərəfdaşlığının yeni mərhələsini təsdiqləyir RƏY

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Dövlətimizin başçısının çıxışında vurğulanan məsələlər regionumuzun gələcək inkişaf xəttini müəyyən edən strateji istiqamətləri ehtiva edir və Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər, lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır. Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı Azərbaycanla region ölkələri arasındakı siyasi dialoqun yüksək səviyyəsini göstərir.

Xüsusilə Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Deputat vurğulayıb ki, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. İqtisadi-ticari əlaqələrin dinamik artımı, qarşılıqlı investisiyaların çoxalması, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunda əməkdaşlıq Azərbaycan-Özbəkistan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Təkcə 2025-ci ilin 9 ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması bu əlaqələrin real nəticələrini göstərir. Azərbaycan ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir.

“Mədəni-humanitar sahədə reallaşdırılan layihələr, qardaşlaşmış şəhərlərin artan əməkdaşlığı, keçirilən mədəniyyət günləri xalqlarımız arasında yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının yaradılması, Bakıda Özbəkistan parkının salınması bu dərin dostluğun rəmzidir.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir və Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir. 2027-ci ilin U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə bu strateji tərəfdaşlığın idman sahəsində də mühüm nəticələr verdiyini sübut edir.

Bütün bu amillər onu göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun inkişafı, sabitliyi və rifahı üçün böyük strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bu müsahibəsi həm ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoyur, həm də gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır. Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da güclənəcək, xalqlarımız arasındakı sarsılmaz bağlar daha möhkəm olacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri