Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan Çin strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırır RƏY

Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan Çin strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırır RƏY

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər ötən onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. İki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf edib, qarşılıqlı dəstək beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərib. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülhün beynəlxalq miqyasda dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin həm ikitərəfli görüşlər, həm də çoxtərəfli formatda aparılan müzakirələrlə zəngin olması onun əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, aparıcı Çin şirkətləri ilə danışıqları və “ŞƏT plyus” formatında keçirilmiş müzakirələr səfərin çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, bu səfər yalnız siyasi dialoqun dərinləşməsi deyil, həm də iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı maraqların təmin olunması baxımından yeni imkanlar açır. Çin Xalq Respublikasının rəhbərliyi ilə aparılan yüksək səviyyəli görüşlərdə qlobal siyasətdə qarşılıqlı dəstək məsələləri müzakirə olunub, beynəlxalq hüquqa hörmətin, suverenlik və ərazi bütövlüyü prinsiplərinin önəmi vurğulanıb. “Bir kəmər, bir yol” təşəbbüsünə uyğun olaraq Azərbaycanın Orta Dəhliz vasitəsilə tranzit potensialı və ticarət rəqabətliliyi diqqət mərkəzində olub.

Komitə sədri hesab edir ki, eyni zamanda, Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Çinin diqqət mərkəzindədir. Belə ki, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uzlaşdırılması xüsusi önəm kəsb edir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələr Çinin Avropaya çıxışında strateji mövqeyi gücləndirir. Azərbaycan Prezidenti Çinin aparıcı enerji, infrastruktur və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə bərpaolunan enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, bir sıra razılaşmalar əldə edilib.

Görüşlər zamanı, həmçinin Azərbaycanın regionda həyata keçirdiyi sülh gündəliyi xüsusi diqqət mərkəzində olub. Çin tərəfi avqustun 8-də Vaşinqtonda imzalanmış Bəyannaməni dəstəklədiyini bildirib, bu sənədin Cənubi Qafqazda dayanıqlı sabitlik və inkişaf üçün mühüm zəmin yaratdığını vurğulayıb. Prezident İlham Əliyev isə Azərbaycanın bundan sonra da beynəlxalq hüquqa əsaslanan sülh siyasətinə sadiq qalacağını, regionun əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün bütün zəruri addımları atacağını vurğulayıb.

“Çinin təşəbbüsü ilə keçirilmiş “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təminatı mövzularında geniş fikir mübadiləsi aparıblar. Burada, həmçinin ötən il Astanada keçirilmiş ŞƏT Sammitində Azərbaycanın ortaya qoyduğu prinsipial mövqenin davamlı şəkildə inkişaf etdiyi təsdiqlənib. Azərbaycan həmin Sammitdə də dialoq və əməkdaşlığın önəmini vurğulayıb, qlobal sabitliyin möhkəmlənməsi naminə çoxtərəfli platformalarda aktiv fəaliyyət göstərib.

Prezident İlham Əliyevin iştirak etdiyi “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş çoxtərəfli əməkdaşlığın yeni müstəvisi kimi çıxış edir. “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı”, - deyə “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə dövlətimizin başçısı vurğulayıb.

Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev 2025-ci il aprelin 21-də Çinin “Sinxua” agentliyinə verdiyi müsahibəsində də Azərbaycan-Çin münasibətlərinin strateji xarakterini vurğulayıb, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrində böyük potensialın mövcud olduğunu bildirmişdi. Həmin müsahibədə dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinin ölkəmizin əsas prioritetlərindən biri olduğunu bəyan etmişdi. Çin səfəri zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər və aparılmış müzakirələr Prezident İlham Əliyevin həmin müsahibədə ifadə etdiyi strateji baxışların ardıcıl şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir”, - deyə S.Novruzov bildirib.

Onun fikrincə, Prezident İlham Əliyevin Çinə səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, iqtisadi, nəqliyyat, enerji və innovasiya sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edir. Eyni zamanda, bu səfər Azərbaycanın təşəbbüsü ilə imzalanmış sülh sazişinə beynəlxalq dəstəyin təmin olunması, ölkəmizin regional və qlobal miqyasda mövqelərinin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal sülh, sabitlik və inkişaf naminə ortaq fəaliyyətin bariz nümunəsi kimi dəyərləndirilir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri