Icma.az
close
up
RU
Prezident İlham Əliyevin müsahibəsi: dil siyasətinə strateji baxış

Prezident İlham Əliyevin müsahibəsi: dil siyasətinə strateji baxış

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyan mühüm hadisə kimi qiymətləndirilə bilər. Artıq formalaşmış bir siyasi ənənə olaraq, bu müsahibələr vasitəsilə dövlət başçısı ilin yekunlarını cəmiyyətlə bölüşür, əldə olunan nailiyyətləri dəyərləndirir, eyni zamanda qarşıdakı dövr üçün prioritet istiqamətləri və strateji hədəfləri açıqlayır. Bu baxımdan son müsahibə də məzmunu, əhatə dairəsi və verdiyi fundamental mesajlarla diqqət çəkdi.

Prezident İlham Əliyevin müsahibəsində ötən dövr, xüsusilə 2025-ci ilin Azərbaycan tarixində tutduğu yer ayrıca vurğulandı. Ermənistan–Azərbaycan münaqişəsinə siyasi müstəvidə son qoyulması, ölkənin artıq sülh şəraitində yaşamağa başlaması, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi dövlətin qarşısında yeni imkanlar açan əsas amillər kimi təqdim olundu. Dövlət başçısı qeyd etdi ki, müharibə şəraitindən sülh mərhələsinə keçid təkcə siyasi və hərbi baxımdan deyil, həm də ictimai-psixoloji və iqtisadi müstəvilərdə öz müsbət təsirini göstərməyə başlamışdır. Cəmiyyətdə müşahidə olunan sabitlik, gələcəyə inam və sosial əhvali-ruhiyyənin yüksəlməsi bu keçidin real nəticələri kimi dəyərləndirildi.

Müsahibənin mühüm cəhətlərindən biri də Prezident İlham Əliyevin dövlətçilik məsələlərinə konseptual yanaşması oldu. Dövlət başçısı siyasi sabitlik, təhlükəsizlik və iqtisadi inkişafla yanaşı, milli kimliyin qorunmasının da strateji əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı. Bu kontekstdə Azərbaycan dili məsələsi müsahibənin əsas ideoloji xəttini təşkil edən mövzulardan biri kimi ön plana çıxdı.

Prezidentin çıxışlarında Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin, dövlətçilik ənənələrinin və tarixi yaddaşın əsas dayağı kimi təqdim edildi. Dövlət başçısı dilin xalqı millətə çevirən əsas amil olduğunu, bayraq, gerb və himn kimi dövlət atributları sırasında xüsusi yer tutduğunu bildirdi. Azərbaycanın əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, ana dilini qoruyub saxlaması xalqın milli iradəsinin və mənəvi gücünün göstəricisi kimi qiymətləndirildi.

Prezident İlham Əliyev müstəmləkəçilik dövrlərinin xalqın psixologiyasına müəyyən təsirlər buraxdığını, lakin dilin bu təsirlərə qarşı əsas müqavimət vasitəsi olduğunu qeyd etdi. O, müasir Azərbaycan dilinin ulu babalarımızın danışdığı dildən mahiyyət etibarilə fərqlənməməsini böyük tarixi nailiyyət kimi dəyərləndirdi və bunun xalqın milli özünüdərkinin güclü olmasının nəticəsi olduğunu vurğuladı.

Müsahibədə qloballaşma şəraitində dilə yönələn təhlükələrə də diqqət çəkildi. Prezident xarici sözlərin düşünülməmiş şəkildə gündəlik danışıqda və mediada istifadəsinin dilin zənginləşməsi deyil, əksinə, onun tədricən aşınması ilə nəticələndiyini bildirdi. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, xarici dilləri bilmək müsbət haldır, lakin bu, ana dilinin hesabına olmamalıdır. Onun fikrincə, dilin pozulması tədricən milli kimliyin zəifləməsinə, daha sonra isə dövlətçilik düşüncəsinə zərbə vurur.

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasında dövlətin məsuliyyətini xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan dili ilk növbədə Azərbaycan dövlətinin himayəsində olmalıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının ana dilini bilməsinin vacibliyi qeyd olundu, xüsusilə xaricdə yaşayan yeni nəsillər üçün dilin qorunmasının prioritet məsələ olduğu diqqətə çatdırıldı. Bu məqsədlə onlayn Azərbaycan dili məktəblərinin yaradılması təşəbbüsü gələcəyə yönəlik mühüm addım kimi təqdim edildi.

Müsahibədə medianın, ziyalıların, jurnalistlərin və ictimai rəy formalaşdıran şəxslərin məsuliyyəti də ön plana çəkildi. Prezident efir məkanında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini qeyd edərək, jurnalistləri və yaradıcı insanları bu prosesdə daha həssas olmağa çağırdı. Dövlət başçısının fikrincə, dilin qorunması təkcə qanunvericilik və inzibati tədbirlərlə deyil, ictimai məsuliyyət və milli şüur vasitəsilə mümkün ola bilər.

Nəticə etibarilə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə həm ötən dövrün yekunlarının təqdimatı, həm də gələcək inkişaf mərhələsinin ideoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi sənəd xarakteri daşıyır. Bu müsahibədə Azərbaycan dili ilə bağlı verilən mesajlar isə dövlətin milli kimlik siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Dilin qorunması Prezident tərəfindən təkcə mədəni məsələ deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi təqdim olunur ki, bu da müsahibənin strateji məzmununu daha da gücləndirir.

Gülnarə Cəmaləddin,

AYB Sumqayıt bölməsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri