Icma.az
close
up
RU
Cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Türk dünyasının birliyi, strateji tərəfdaşlıq və gələcəyə baxış

Cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Türk dünyasının birliyi, strateji tərəfdaşlıq və gələcəyə baxış

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın “Kazinform” dövlət informasiya agentliyinə geniş və məzmunlu müsahibə verib. Bu müsahibə, təkcə iki ölkə arasında strateji əlaqələrin dərinləşməsini deyil, həm də Türk dünyasının inteqrasiyası, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin qardaşlıq təməlləri üzərində qurulduğunu, bu əlaqələrin qarşılıqlı etimad, tarixi bağlılıq və ortaq milli-mədəni dəyərlər əsasında möhkəmləndiyini bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlər sadəcə diplomatik əlaqələr deyil, “strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə” yüksəlmiş münasibətlərdir. Son illərdə keçirilən dövlət başçıları səfərləri, imzalanmış 170-dən çox sənəd, qarşılıqlı investisiyalar və geniş əməkdaşlıq formatları bu əlaqələrin dərinliyini əyani şəkildə göstərir. Bu baxımdan, Astana şəhərində keçiriləcək Azərbaycan–Qazaxıstan Dövlətlərarası Ali Şurasının ikinci iclası iki ölkə əlaqələrinin gələcək istiqamətlərini müəyyənləşdirəcək əsas siyasi platforma kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, bu Şura iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji və mədəni sahələrdə əməkdaşlığın yeni mərhələsini müəyyən edəcək. Müsahibənin ən önəmli hissələrindən biri cənab Prezident İlham Əliyevin “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) barədə fikirləri idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan və Qazaxıstan bu marşrutun iki əsas dayağıdır və onun səmərəli fəaliyyəti Asiya ilə Avropanı birləşdirən yeni iqtisadi arteriyanın formalaşmasına şərait yaradır. Bu dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Xəzəryanı ölkələr və Avropa arasında ticarət həcminin artması, regionun tranzit-logistika imkanlarının genişlənməsi, nəqliyyat infrastrukturunun müasirləşməsi regionun strateji çəkisini artırır. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Aktau–Alat limanlarının sinxron fəaliyyəti, yükdaşımaların optimallaşdırılması və gömrük proseslərinin rəqəmsallaşdırılması gələcək illərdə “Orta Koridor”un qlobal miqyasda rəqabət qabiliyyətini təmin edəcək. Cənab Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) önəmini xüsusi vurğuladı. O bildirdi ki, bu təşkilat artıq sadəcə mədəni əməkdaşlıq platforması deyil, türk dünyasının siyasi, iqtisadi və geosiyasi güc mərkəzinə çevrilməkdədir. Azərbaycanla Qazaxıstanın TDT çərçivəsində həyata keçirdiyi layihələr türk dövlətlərinin həmrəyliyini, ortaq məqsədlərə sadiqliyini və dünyada yeni regional güc balansının formalaşmasını nümayiş etdirir. Cənab Prezident İlham Əliyev türk xalqlarının ortaq dil, mədəniyyət və mənəvi köklərinin bu əməkdaşlığın təməl dayağı olduğunu bildirib. Bu, həm də Azərbaycanın türk birliyinin lider dövlətlərindən biri kimi, Türk dünyasının inteqrasiyasına strateji dəstəyini ifadə edir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son iki ildə üç dəfədən çox artıb. 2025-ci ilin ilk səkkiz ayı ərzində ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb. Həmçinin qarşılıqlı investisiyaların həcmi də sabit şəkildə yüksəlir, Azərbaycan şirkətləri Qazaxıstana 225 milyon dollar, Qazaxıstan isə Azərbaycana 136 milyon dollar həcmində sərmayə yatırıb. Bu göstəricilər iki ölkənin iqtisadi əlaqələrinin dinamik inkişaf etdiyini sübut edir. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığın əsas istiqamətləri olacaq. Azərbaycanın tranzit ölkə kimi artan rolu, Qazaxıstanın Mərkəzi Asiyanın iqtisadi lokomotivi kimi yüksəlişi bu əməkdaşlığın strateji təməlini təşkil edir. Cənab Prezident İlham Əliyev Xəzər dənizinin ekoloji vəziyyəti və səviyyəsinin azalması probleminə də toxunaraq qeyd etdi ki, bu məsələ region ölkələrinin birgə səylərini tələb edən ciddi çağırışdır. Azərbaycan dövlət başçısı Xəzər dənizinin biomüxtəlifliyinin qorunması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və sahil dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Bu fikirlər Azərbaycanın regional ekoloji siyasətində məsuliyyətli mövqeyini, təbiətin qorunması sahəsində lider rolunu nümayiş etdirir. Müsahibə boyunca cənab Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz xarici siyasət kursunu sabitlik, balans və qarşılıqlı fayda prinsipləri üzərində qurur. O, qeyd etdi ki, ölkəmiz regional və qlobal təşəbbüslərin etibarlı tərəfdaşı kimi çıxış edir, əməkdaşlığa yönəlmiş siyasət yürüdür və heç bir güc mərkəzinə qarşı deyil, əksinə körpü rolunu oynayır. Bu fikirlər cənab Prezident İlham Əliyevin diplomatik üslubunun mahiyyətini əks etdirir. Sabitlik inkişafın əsasıdır, əməkdaşlıq təhlükəsizliyin təminatıdır. Milli maraqlar, siyasətin hərəkətverici qüvvəsidir. Cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə, Azərbaycan diplomatiyasının çoxvektorlu, uzaqgörən və prinsipial xarakterini bir daha təsdiqlədi. Bu müsahibə həm də Qazaxıstanla strateji tərəfdaşlığın gələcək konturlarını cızmaqla yanaşı, Türk dünyasının geosiyasi mərkəzində formalaşan yeni reallıqları əks etdirdi. Müsahibə, Azərbaycan Prezidentinin beynəlxalq arenada lider dövlət başçısı, sabitlik və əməkdaşlıq rəmzi kimi mövqeyini möhkəmləndirdi. Onun səsləndirdiyi hər bir fikir, regional sabitlikdən tutmuş Türk birliyinin gələcəyinə qədər, Azərbaycanın milli maraqlarına və ümumtürk dəyərlərinə xidmət edən uzaqgörən siyasi xəttin ifadəsidir. Cənab Prezident İlham Əliyevin bu müsahibəsi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti milli maraqlara, strateji uzaqgörənliyə və qardaş xalqlarla sarsılmaz dostluq prinsipinə əsaslanır. Azərbaycan sabitliyin, inkişafın və türk həmrəyliyinin öncüsü kimi bu siyasəti gələcəkdə də qətiyyətlə davam etdirəcək.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see196

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see154

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see145

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri