Icma.az
close
up
RU
Prezident İlham Əliyevin sosial siyasəti, milli maraqların müdafiəsi və tarixi nailiyyətlər

Prezident İlham Əliyevin sosial siyasəti, milli maraqların müdafiəsi və tarixi nailiyyətlər

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət xüsusi yer tutur. Əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Minimum əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır. Sosial müdafiə proqramları genişləndirilmişdir. Məcburi köçkünlərin və şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılmışdır. Onlar üçün yeni yaşayış kompleksləri inşa edilmişdir. Sosial ədalətin təmin olunması Prezidentin əsas prinsiplərindəndir. İnsan amili dövlət siyasətinin mərkəzində dayanmışdır.

Təhsil sahəsində həyata keçirilən islahatlar gələcək inkişafın əsasını təşkil edir. Yeni məktəblər və ali təhsil müəssisələri tikilmişdir. Təhsil infrastrukturu müasir standartlara uyğunlaşdırılmışdır. Gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Təqaüd və mübadilə proqramları gənclərin dünyagörüşünü genişləndirmişdir. Elm və innovasiya sahəsinə xüsusi diqqət yetirilmişdir. Prezident intellektual potensialın gücləndirilməsini strateji məqsəd kimi müəyyən etmişdir. Bu siyasət ölkənin gələcəyinə xidmət edir.

Mədəniyyət və milli-mənəvi dəyərlərin qorunması Prezident İlham Əliyevin fəaliyyətində mühüm yer tutur. Azərbaycan mədəniyyəti dünyada geniş təbliğ olunur. Tarixi abidələrin bərpası dövlət tərəfindən ardıcıl şəkildə həyata keçirilir. Multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində dəstəklənir. Azərbaycan müxtəlif mədəniyyətlərin sülh içində yaşadığı ölkə kimi tanınır. Bu model beynəlxalq aləmdə nümunə hesab olunur. Milli kimliyin qorunması dövlətçilik siyasətinin əsas dayaqlarındandır. Prezident bu dəyərlərə daim sadiq qalır.

Prezident İlham Əliyevin fəaliyyətində ən mühüm tarixi hadisə ərazi bütövlüyünün bərpası olmuşdur. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanmışdır. Ali Baş Komandan kimi Prezident müharibəyə rəhbərlik etmişdir. Ordu quruculuğu sahəsində aparılan islahatlar öz bəhrəsini vermişdir. Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq nümayiş etdirmişdir. Xalq, ordu və lider birliyi qələbənin əsas amili olmuşdur. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Bu proses Prezidentin birbaşa nəzarəti altındadır.

Postmüharibə dövründə Prezident İlham Əliyev yeni inkişaf strategiyası müəyyən etmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması mühüm addım olmuşdur. Bölgədə infrastruktur yenidən qurulur. Böyük Qayıdış proqramı mərhələli şəkildə icra edilir. Keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Azad edilmiş ərazilər sürətli inkişaf mərhələsinə qədəm qoyur. Prezident bu torpaqları ölkənin inkişaf lokomotivinə çevirməyi hədəfləyir. Bu fəaliyyət Azərbaycan tarixində yeni mərhələdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın inkişaf salnaməsidir. Onun rəhbərliyi altında Azərbaycan güclü və müstəqil dövlətə çevrilmişdir. Dövlətçilik ənənələri daha da möhkəmlənmişdir. Milli maraqlar qətiyyətlə qorunmuşdur. Sosial rifah yüksəlmişdir. Beynəlxalq nüfuz artmışdır. Tarixi ədalət bərpa edilmişdir. Prezident İlham Əliyevin fəaliyyəti gələcək nəsillər üçün möhkəm təməl yaratmışdır.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri