Icma.az
close
up
RU
Prezident İlham Əliyevin sülh və əməkdaşlıq mesajları ŞƏRH

Prezident İlham Əliyevin sülh və əməkdaşlıq mesajları ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin tədbirdəki çıxışı beynəlxalq münasibətlərdə ədalət və hüquq prinsiplərinin qorunması, dövlətlərin suverenliyinə hörmət, regional təhlükəsizlik və sülhün möhkəmləndirilməsi kimi vacib məsələləri əhatə edib.
Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətinin bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. Prezident çıxışında Azərbaycanın uzun illər üzləşdiyi işğal probleminə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icra edilməməsinə və beynəlxalq münasibətlərdə ikili standartların yaratdığı problemlərə diqqət çəkib. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlı təcrübəsini qeyd edən Dövlətimizin başçısı beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qalmamalı, onların həyata keçirilməsi üçün təsirli mexanizmlər yaradılmalı olduğunu bildirib.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də sülhün qorunması və möhkəmləndirilməsi olub. Dövlət başçısı Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etdiyini və regionda əldə olunan sülhün qorunmasının vacibliyini diqqətə çatdırıb. Bu mesaj beynəlxalq münasibətlərdə qarşıdurmaların aradan qaldırılması, etimadın gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın gücləndirilməsinə, nəqliyyat və bağlantıların inkişafına, rəqəmsallaşmaya, ətraf mühitin mühafizəsinə, turizmə, təhsil və elm sahələrində əməkdaşlığa xüsusi diqqət yetirildiyini bildirib. Həyata keçirilən təşəbbüslər nəticəsində təşkilatın institusional və hüquqi imkanlarının genişləndiyini qeyd edən ölkə başçısı üzv dövlətlər arasında dialoqun və qarşılıqlı fəaliyyətin inkişafının əhəmiyyətini vurğulayıb. Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılmasına göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkürünü ifadə edib.
Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və dövlətlər arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş yanaşmasını əks etdirib. Prezident İlham Əliyevin çıxışı bir daha göstərib ki, davamlı sülhün təmin olunması üçün beynəlxalq hüquqa hörmət, qəbul edilmiş qərarların icrası və dövlətlər arasında bərabərhüquqlu əməkdaşlıq mühüm şərtlərdir.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri