Icma.az
close
up
RU
Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platformaları

Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platformaları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

V məqalə

Strateji paytaxt

“Strateji paytaxt” anlayışının nəzəri təlimlərdə iki aspektini xüsusi vurğulayırlar. Onlardan biri geosiyasi inteqrasiyanın mərkəzi olmaq statusu ilə bağlıdır. Digəri isə geniş geosiyasi miqyasda aktiv fəaliyyət göstərməkdir. Bu anlamda strateji paytaxt həm də geosiyasi qütb (yəni, əsas cəlbedici məkan) kimi təsəvvür edilə bilər. Geosiyasi təlimlərdə geosiyasi qütblə yanaşı, “geosiyasi şüa” anlayışı da işlədilir. Bu termin strateji paytaxtın əyalətlərə (geosiyasi məkanın periferiyalarına) müxtəlif güc təsirləri vektoru, yəni fokuslanmış istiqaməti, xəttini ifadə edir. Burada “güc” dedikdə strateji paytaxtın iqtisadi, strateji, mədəni, təsərrüfat, inzibati və s. xarakterli təsirləri nəzərdə tutulur.

Əslində, real dayanıqlı geosiyasi mənzərə üçün “geosiyasi parça” anlayışından istifadə edirlər. “Şua” isə əsas olaraq geosiyasi təsirlər impulsunun daimi açıq və dinamik proses kimi xarakteristikasına aiddir. Bu, Azərbaycan nümunəsində bizim üçün maraqlı özəllikdir və üzərində geniş dayanacağıq. İndi yanaşmamız üçün prinsipial nəzəri məna kəsb edən daha iki anlayışı qısaca təqdim edək.

Onlardan biri “geosiyasi parça”dır. Bu termin stratej paytaxtın konkret tarixi məqamda periferik regionlarla münasibətlərinin cəmini ifadə edir. Bu zaman geosiyasi parça üçün başlıca fərqli məqam siyasi proseslərin ümumi dinamikasını nəzərə almamaqla əlaqəlidir.

Digər əhəmiyyətli anlayış “daxili ox”dur. Bu termin strateji paytaxtın əyalətlərlə geosiyasi bağlantısının keyfiyyətini ifadə edir. Burada isə əsas şərt keyfiyyətlilik dərəcəsinin vahid strateji məkan daxilində müəyyən edilməsindən ibarətdir.

Vurğulanan anlayışların qarşılıqlı nəzəri və metodoloji münasibətləri şəbəkəsi (və ya açıq qeyri-xətti sistemi) “Əliyev üçbucağı”nın müasir əməkdaşlıq platforması kimi konseptual səviyyədə geosiyasi anlamını müəyyən edirlər. Onu vurğulayaq ki, ciddi elmi səviyyədə “şəbəkə” və “sistem” anlayışları arasında fərqli məna çalarları mövcuddur. Lakin qəzet formatı onu izah etmək üçün uyğun deyildir. İndi sadəcə onu qeyd edək ki, “Əliyev üçbucağı”nın nəzəri dərki üçün “şəbəkə” və “qeyri-xətti açıq sistem” anlayışlarını sinonim kimi işlədə bilərik.

Əlbəttə, “Əliyev üçbucağı”nın nəzəri olaraq geosiyasi mənası və mahiyyətini tam açmaq geniş yanaşma tələb edir. Vurğuladığımız anlayışlar sistemi yalnız ümumi xarakteristikaya aiddir. Bu anlamda həmin anlayışları “Əliyev üçbucağı”nın “lokal konseptual modeli” kimi təsəvvür etmək mümkündür. Məsələnin bu tərəfi üzərində dayanaq.

“Əliyev üçbucağı”nın konseptual modeli

Beləliklə, bizim üçün “strateji paytaxt”, “geosiyasi şüa”, “geosiyasi parça” və “daxili ox” anlayışlarının qarşılıqlı münasibətlər şəbəkəsi (və ya qeyri-xətti açıq sistemi) “Əliyev üçbucağı”nın geosiyasi konseptual dərkində baza rolunu oynayır. Bu anlayışların həm ayrılıqda, həm də qarşılıqlı münasibətlər şəbəkəsi kimi dolğun anlamı geniş baxış bucağı tələb edir. Onların fəlsəfi və siyasi-nəzəri təhlili qəzet mətnini çox ağırlaşdırar. Müəyyən məqamların sadə ifadəsinə çalışaq.

Təməl tezis ondan ibarətdir ki, “Əliyev üçbucağı” əməkdaşlıq platforması kimi Azərbaycanı konkret geosiyasi məkanda strateji paytaxt statusuna yüksəldir. Aydındır ki, praktiki olaraq bunu həyata keçirmək asan proses deyildir. Lakin Azərbaycan Prezidentinin, ümumiyyətlə, üçlü əməkdaşlıq formatı və onların müxtəlif növləri arasında münasibətlərin dinamikası Azərbaycanı dövlət kimi geosiyasi məkanda “paytaxt”a çevirə bilər.

Bu qiymətləndirmənin real məzmuna malik olduğunu anlamaq üçün Azərbaycan dövlət başçısının təşəbbüs etdiyi üçtərəfli əməkdaşlıq platformasının “strateji paytaxt” anlayışı kontekstində aldığı konkret məzmununu aydınlaşdırmaq gərəkdir. Onlardan birincisi, “Əliyev üçbucağı” çərçivəsində Azərbaycanın hansı anlamda geosiyasi inteqrasiyanın mərkəzi olması ilə bağlıdır. Məsələnin orijinallığı onunla əlaqəlidir ki, geosiyasi kontekstdə “strateji paytaxt” anlayışını adətən böyük dövlətlərə aid edirlər. Azərbaycan ranqında olan dövlətlər üçün bu anlamın özəl məzmunu olmalıdır. Öncə geosiyasi inteqrasiyanın mərkəzi olmaq statusu məsələsinə baxaq.

Geosiyasi inteqrasiyanın mərkəzi

Azərbaycanın üçtərəfli əməkdaşlıq platformasının başlıca xüsusiyyəti bir tərəfdən Bakının irəli sürdüyü layihələrin mütləq həmin platformada yer alması ilə bağlıdır, digər tərəfdən isə onun başqa dövlətlər üçün də açıq olmasıdır. Bununla Azərbaycan faktiki olaraq “sahədə” real gücə çevrilir ki, onun təsir dairəsi bütövlükdə əməkdaşlıq formatını əhatə edir. Praktiki fəaliyyət “sahəsi”ndə bu üsulla gücə çevrilmək Azərbaycanı milli miqyasda əməkdaşlığın əhatə etdiyi geosiyasi məkanda ciddi təsir qüvvəsinə çevirir.

İkinci maraqlı və geosiyasi əhəmiyyəti yüksək olan özəllik rəsmi Bakının üçtərəfli əməkdaşlıq formatını daim açıq saxlaması ilə bağlıdır. Azərbaycan təcrübəsi göstərir ki, bu zaman iki istiqamətdə proseslər inkişaf edə bilər. Birinci istiqamət üçtərəfli əməkdaşlığa digər dövlətlərin daxil olmasıdır. İkinci istiqamət yenə də Azərbaycanın təşəbbüsü ilə yeni üçtərəfli əməkdaşlıq formatının formalaşmasıdır ki, “baza formatla” funksiyaca da bir-birini tamamlayırlar. Hər iki istiqamətlə bağlı nümunələrə baxaq.

“3+3” formatı birinci istiqamətin nümunəsidir. Çünki burada regionun üç dövlətinin üçtərəfli əməkdaşlığı baza model rolunu oynamalıdır. Bütövlükdə “3+3” həmin model üzərində bərqərar olmalıdır. Deməli, reallıqda regional üçtərəfli əməkdaşlığa daha üç dövlətin üçtərəfli əməkdaşlığı əlavə olunmalıdır. Bu özəllik prinsipial xarakter daşıyır. Ona görə ki, əgər Rusiya, Türkiyə və İran öz aralarında üçlü kimi gerçək əməkdaşlığa nail ola bilməsələr, “3+3” formatı praktiki olaraq yaranmayacaq. Bu da o deməkdir ki, Azərbaycanın təklif etdiyi əməkdaşlıq platforması bir-biri ilə harmoniya təşkil edən iki üçtərəfli formatın sintezidir.

Birinci istiqamətlə bağlı digər nümunə kimi Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatına enerjinin nəqli sferasında Avropanın bir neçə dövlətinin daxil olmasıdır. İtaliya, Macarıstan, Rumıniya bu baxımdan maraqlı əməkdaşlıq xəttini təşkil edirlər. Onlar faktiki olaraq üçtərəfli əməkdaşlıq platformasının açıq olması əsasında Azərbaycan-Gürcüstan-Türkiyə “üçbucağı”na vahid əməkdaşlıq platforması kimi “əlavə olmuşlar. Nəticədə, faktiki olaraq daha geniş miqyasda əməkdaşlıq platforması yaranmışdır. Deməli, söhbət Azərbaycanın geosiyasi təsir qüvvəsi kimi nüfuzunun artmasından gedə bilər.

İkinci istiqamət də çox perspektivli potensiala malikdir. Nümunə kimi Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlıq modelinə Azərbaycan–Özbəkistan–Türkmənistan, Azərbaycan–Qazaxıstan–Özbəkistan, Azərbaycan–İran–Türkiyə və Macarısan-Rumıniya-İtaliya (enerji nəqli sahəsində) “üçlükləri”nin əlavə olunmasını göstərə bilərik. Bu prosesi “Əliyev üçbucağı”nın konkret istiqamətlər üzrə “substantiv və funksional genişlənməsi” kimi təsəvvür etmək olar. Özü də əməkdaşlıq məkanının genişlənməsi ilə həm Azərbaycanın geosiyasi inteqrasiya mərkəzi kimi cəlbediciliyi yüksəlir, həm də buna paralel olaraq nüfuzu artır. Çox əhəmiyyətlidir ki, Azərbaycanın genişlənən geosiyasi məkanda inteqrativlik potensialının artması, onun geniş geosiyasi miqyasda fəaliyyətini daha da aktivləşdirməsini motivə edir.

Geniş geosiyasi məkanda fəallıq

Azərbaycanın fəaliyyətinin aktivləşməsi dalğavari xarakter daşıyır. Yəni hər bir miqyas üçün aktivlik növbəti mərhələdə yeni ritmlə təkrar olunur. Bunun stimulverici faktoru və reallaşma mexanizmi “Əliyev üçbucağı”nın əməkdaşlıq fəlsəfəsi və funksional potensialının bir-birinə uyğun gəlməsi ilə bağlıdır. Nəticədə hər yeni mərhələyə keçiddən sonra Azərbaycanın fəaliyyətində aktivlik öncəki mərhələdən az olmur. Burada eksponensial inkişafdan danışmaq da risklidir, lakin mütləq Azərbaycan aktiv mövqeyində qalır. Özü də yeni mərhələdə aktivliyin müsbət nəticəverici sonucları olur. Bu baxımdan iki nümunə göstərə bilərik.

Onlardan biri Azərbaycanın Cənubi Qafqaz miyqasında regional aktivlik fazasından Türk Dövlətləri Təşkilatı (TDT) miqyasında aktivliyə keçidi nümunəsidir. Azərbaycan daha geniş miyqası əhatə edən TDT-də aktivliyini daha da artırdı. Bu prosesdə əsas rolu Bakının üçlü əmədaşlıq formatları çərçivəsində fəaliyyətinə yeni stimul verməsi xüsusi rol oynadı. Belə ki, Azərbaycan Türkiyə, Qazaxıstan və Özbəkistanla üçtərəfli əməkdaşlıq fomatını uğurla bütövlükdə TDT məkanına proyeksiya edə bildi. Eyni zamanda, Prezident İlham Əliyev TDT-dəki aktivliyi Orta Dəhliz kontekstində yeni məkana – Çindən tutmuş Avropaya qədər geniş miqyasa yüksəltdi.

İndi bu prosesin ən fəal hissəsini Zəngəzur Dəhlizi təşkil edir. Azərbaycan rəhbərliyi qlobal geosiyasi gücləri də bu prosesə cəlb etməklə faktiki olaraq məsələni regional+TDT miqyasından qlobal səviyyəyə yüksəldə bilmişdir. “Tramp yolu” deyilən rəmzi anlayış bunun sayəsində meydana gəlmişdir. Bir zamanlar, ümumiyyətlə, “Zəngəzur”u coğrafi və geosiyasi anlam kimi yaxına buraxmayan Qərb siyasi dairələri indi həmin məkanda öz adlarını görmək istəyirlər. Həmin uğurun təməlində, şübhəsiz zamanın sınaqlarından çıxmış “Əliyev üçbucağı” əməkdaşlıq platforması dayanır.

Digər nümunə də çox maraqlıdır. Azərbaycan Türkiyə vasitəsi ilə Suriyanın daxil olduğu yeni üçtərəfli əməkdaşlıq paltformasını formalaşdırır. Artıq Bakı Suriyaya qaz ixrac edir. Onun marşrutu Türkiyədən keçir. Bununla üçtərəfli əməkdaşlıq platformasını Yaxın Şərqə qədər genişləndirən rəsmi Bakı həm də özünün təsir dairəsini yeni səviyyəyə yüksəltmişdir.

Bakının strateji paytaxt özəlliyi

Yuxarıda vurğuladığımız əməkdaşlıq xüsusiyyətləri Azərbaycanın geniş geosiyasi məkanda əməkdaşlığın strateji paytaxtı kimi qəbul edilməsinin mümkünlüyünü ifadə edirlər. Bunun fonunda “geosiyasi məkan”, “geosiyasi şüa”, “geosiyasi parça” və “daxili ox” strateji paytaxt olmaq keyfiyyəti ilə konseptual səviyyədə bir şəbəkə və ya qeyri-xətti sistem təşkil edirlər.

Həmin konseptuallığın əsas cəhətlərindən biri Azərbaycanın strateji paytaxt kimi özündə pilləvari səviyyələri ehtiva etməsi ilə bağlıdır. Sadə ifadə etsək, bu o deməkdir ki, Azərbaycan regional və regionlararası miqyaslarda təşəbbüs etdiyi əməkdaşlıq üçbucaqlarının bir-birini tamamlaması sayəsində vahid geosiyasi əməkdaşlıq məkanı formalaşdıra bilmişdir. Həmin məkanın cəzbedici coğrafiyası Bakıdır, əməkdaşlığı motivedən məkanı isə bütövlükdə Azərbaycan Respublikasıdır.

Bundan başqa, Azərbaycanın strateji paytaxt kimi özəlliyi nüfuzunu və təsir dairəsini dinamik artırmaqla bağlıdır. Bu prosesdə təkanverici rolu nüfuzun artmasının təsir səviyyəsini yüksəltməklə düz-mütənasib olması oynayır. Yəni öncə konkret istiqamətlər üzrə Azərbaycanın təsiri artır və bunun təməlində dövlətin geosiyasi nüfuzu yeni səviyyəyə yüksəlir. Yekun olaraq bu prosesdə “qazan-qazan” prinsipi aparıcı rol oynayır. Bu özəllik də Azərbaycanın dayanıqlı və davamlı strateji paytaxt statusunda qalmasını təmin edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri