Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Prezident İlham Əliyevin Ukrayna məsələsinə uzaqgörən yanaşması

Prezident İlham Əliyevin Ukrayna məsələsinə uzaqgörən yanaşması

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Prezident İlham Əliyevin bir il əvvəl səsləndirdiyi fikri bu gün artıq hamı etiraf edir. Ukraynanı müharibəyə sürükləyən Makron kimiləri də, müharibənin davam etməsini istəyən digər Qərb dövlətləri də, Ukraynanın özü də.

Rusiya ilə Ukrayna arasında dördüncü ilə daxil olan müharibənin bitməsi üçün bir sıra çağırışlar edilsə də, hələ ki, bu istiqamətdə irəliləyiş əldə edilməyib. ABŞ lideri Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan dərhal sonra müharibəni tezliklə bitirmək üçün müəyyən addımlar atıb, amma hər hansı inkişafa nail ola bilməyib. Səbəb də budur ki, münaqişə artıq çox mürəkkəb bir hal alıb və onun tez bir zamanda başa çatması, tərəflərin razılığa gəlməsi mümkün görünmür. Ukraynanı Rusiya ilə müharibəyə təhrik edənlər, bütün sülh çağırışlarını boykot edib, qanlı müharibənin davam etməsinə rəvac verib və Kiyevi çıxılmaz, çətin vəziyyətə salan Fransa kimi Qərb dövlətləri artıq bu gün atəşkəsə çağırır, sülh danışıqlarının aparılması üçün atəşkəs razılığının vacib olduğunu bəyan edirlər. Təkcə bəyan etmirlər, həm də əks təqdirdə, Rusiyanı yeni sanksiyalar paketi ilə hədələyirlər.

Belə ki, Almaniyanın yeni kansleri Fridrix Mertz, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer bir neçə gün əvvəl Kiyevdə danışıqlar aparıblar. Müzakirələrdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderləri ilə birlikdə Ağ evin rəhbəri Donald Trampa zəng edərək, Ukrayna və müttəfiqlərinin 12 maydan etibarən quruda, havada və dənizdə ən azı 30 gün müddətində tam və qeyd-şərtsiz atəşkəsə hazır olduqlarını bəyan edib. Rusiyanın razılaşmayacağı halda Avropa və Amerikanın yeni sanksiyalar paketi ilə üzləşəcəyi bildirilib.

Mayın 11-də ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və Almaniyanın yeni kansleri Fridrix Mertz ilə telefon danışığı aparıb. Əsas müzakirə mövzusu Ukraynadakı müharibə və onun sülh yolu ilə həlli səyləri olub. Rubio qeyd edib ki, ABŞ-ın prioriteti hərbi əməliyyatlara son qoymaq və Rusiya ilə Ukrayna arasında dərhal atəşkəsə nail olmaqdır. Vaşinqton sülhün bərqərar olması üçün səylərini davam etdirəcək. ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ və müttəfiqlərinin ümumi məqsədi var - Ukraynada müharibəyə son qoymaq və Avropada sabitliyi təmin etmək.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, münaqişənin həlli, birbaşa sülh danışıqlarına başlamaq üçün Moskva 30 günlük atəşkəslə razılaşmalıdır: "Bizim çağırışımıza cavab olaraq ruslar mayın 15-dən sülh danışıqlarını təklif etdilər. Lakin dünya dərhal və qeyd-şərtsiz atəşkəslə bağlı dəqiq qərar gözləyir. Ukrayna hazırdır. Qurbanlar kifayətdir".

Tusk bir gün əvvəl Kiyevdə keçirilən müttəfiqlər koalisiyasının iclasının iştirakçılarından biridir. Zelenski isə Teleqram səhifəsində yazıb ki, hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir.

Avropa və Qərb atəşkəsin vacibliyi haqqında indi bəyanatlar səsləndirirlər, Azərbaycan Prezidenti İlham Əliyev isə daha əvvəl, bir il öncə bu məqamın zəruriliyini gündəmə gətirməklə daha uzaqgörən, daha güclü lider yanaşmasını bir daha təsdiqlədi.

Dövlət başçısı hələ ötən il Şuşa Media Forumunda Ukrayna ilə bağlı suala cavabında demişdi: "Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu, çox çətin qərar idi, sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq... Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq. Yəni bu, uzun bir hekayədir. Ancaq bu baxımdan Azərbaycanın təcrübəsi maraqlı ola bilər".

Prezident İlham Əliyev bir neçə gün əvvəl Ağdama səfəri zamanı da atəşkəs mövzusuna toxunub: "O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibəni dayandırmasaydıq, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın. Yəni biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir".

Azərbaycanın müstəqilliyinin ilk illərində hansı problemlərlə qarşı-qarşıya qaldığı bəllidir. Bunlar bəlkə də eyni vəziyyətdə olan digər heç bir dövlətin öhdəsindən gələ bilməyəcəyi problemlər idi. Amma Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bu problemləri həll edə, yeni bir dövrə, inkişaf mərhələsinə qədəm qoya bildi. Təbii ki, burada atəşkəsə nail olunması çox vacib rol oynadı. Azərbaycan öz ordusunu formalaşdırdı, iqtisadiyyatını qurdu, "Əsrin müqaviləsi" imzalandı ki, bunun da ölkəmizin həyatında rolu olduqca böyükdür. Bu gün artıq güclü, ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş Azərbaycan var. Bütün bunlara isə ölkəmiz kiməsə arxalanmadan, hansısa dəstəyi almadan öz gücünə nail olub.

Prezident İlham Əliyevin yuxarıda qeyd edilən və bir il əvvəl səsləndirdiyi fikrlərini bu gün artıq hamı etiraf edir. Ukraynanı müharibəyə sürükləyən Makron kimiləri də, müharibənin davam etməsini istəyən digər Qərb dövlətləri də, Ukraynanın özü də gec də olsa atəşkəsin zəruriliyini anlayıblar.

Atəşkəsə nail olunacağını isə birmənalı şəkildə demək mümkün deyil. Çünki artıq vurğuladığımız kimi, vəziyyət həm çox mürəkkəb hal alıb, tərəflərin razılığa gəlməsi çətin görünür. Yada salaq ki, atəşkəs çağırışından sonra Rusiya Prezidenti Vladimir Putin ilkin şərt olmadan mayın 15-də Türkiyədə danışıqlara başlamağı təklif edib. Putin qeyd edib ki, Rusiya uzunmüddətli sülhə nail olmaq üçün Kiyevlə ciddi danışıqlara hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün Putinə zəng edərək, bu danışıqları qəbul etməyə hazır olduğunu təsdiqləyib. Ukrayna lideri Vladimir Zelenskinin də rusiyalı həmkarı ilə görüşməyə hazır olmasını açıqlaması müəyyən ümidlər yaratsa da, prosesin sonrakı gedişi hələ ki, birmənalı şəkildə fikir yürütməyə imkan vermir. Söhbət ondan gedir ki, Zelenski Türkiyəyə səfər etmək niyyətini təsdiqləyib, amma İstanbulda  Vladimir Putindən başqa heç bir Rusiya nümayəndəsi ilə görüşməyəcəyini bəyan edib. O, şəxsən mayın 15-də Rusiya lideri Vladimir Putini gözləyəcəyini açıqlayıb.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak da deyib ki, İstanbulda daha aşağı səviyyədə mümkün ikitərəfli görüş mənasızdır.

Rusiya tərəfi bəyan edib ki, İstanbulda keçiriləcək Ukrayna ilə danışıqlarda nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov da daxil edilib.

Digər tərəfdən, Ukraynanın 30 günlük atəşkəs çağırışına Rusiya tərəfinin razı olacağı mümkün görünmür. Rusiya Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin 30 günlük atəşkəs mövzusunda israr etməsi barədə danışıb. Onun sözlərinə görə, Qərb bu addımı qarşı tərəfin nəfəs alması üçün atır. 

Ukraynanın Almanya və Fransa tərəfindən müharibəyə hazırlandığını bildirən M.Zaxarova xatırladıb ki, eyni hal daha əvvəl də yaşanıb.

"O zaman Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın sabiq prezidenti Fransua Olland heç kimin Minsk razılaşmalarını yerinə yetirməyi planlaşdırmadığını və Ukraynanın Donbas problemini güc yolu ilə həll etməyə hazırlaşdığını söyləmişdilər. Zaman qazanmaq üçün isə anlaşmalara ehtiyac duyulduğunu bildirmişdilər. Bənzər hal indi də yaşanır. Eyni ölkələr Ukrayna ordusunun nəfəs alması və Rusiya ilə döyüşü davam etdirmək üçün hərbi imkanlarını bərpa etməyə görə 30 günlük atəşkəsə çağırış edirlər".

ABŞ Prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılaşmağa çağırıb.

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi nümayəndəsi Kurt Volker hesab edir ki, indi Ukraynada 30 günlük atəşkəs mümkün deyil, çünki Rusiya tərəfi döyüşləri davam etdirmək istəyir. Volker əmindir ki, nə vaxtsa hətta daimi atəşkəs də reallığa çevriləcək, lakin hazırda Putin buna hazır deyil: "O, atəşkəs istəmir, qarşı tərəf qüvvələrinin yay hücumunda nəyəsə nail olub-olmadığını görmək istəyir. Ona görə də sadəcə buna hazır deyillər".

Bununla belə, diplomat Rusiyaya maliyyə və hərbi təzyiqlərin Putini güzəştə getməyə məcbur edəcəyini düşünür: "Bu, onun "Yaxşı, indi atəşkəsə razılaşmalı olduğumuz andır" deməsinə səbəb olacaq. Bu, payızda və ya gələn il baş verə bilər, məncə, bu ilin sonuna qədər bu nöqtəyə çatacağıq".

"Valday" klubunun eksperti Andrey Kortunov isə hesab edir ki, mövqelər açıqlanıb və onlar arasında hələ də ciddi fikir ayrılıqları var: "Hər iki tərəfin hərbi əməliyyatları dayandırmağa hazır olduğunu fərz etsək belə, Rusiya tərəfinin Ukrayna rəhbərliyinin razılığa gəlmək qabiliyyətinə ciddi şübhələri var. Göründüyü kimi, yaxın bir neçə gündə Amerika tərəfinin də iştirakı ilə məsləhətləşmələr aparılacaq. İnanıram ki, müəyyən şans var, lakin danışıqların başlanacağını və döyüşlərin dayandırılacağını söyləmək tezdir".

O əlavə edib ki, Putin danışıqları 2022-ci ilin yazında dayandığı nöqtədən bərpa etməyi təklif edir, lakin üç il ərzində vəziyyət kəskin şəkildə dəyişib: "Münaqişənin öz dinamikası var və bu gün onu dayandırmaq daha çətindir. 2022-ci ilin aprelində yeni regionlar hələ Rusiyanın tərkibinə daxil edilməmişdi, Ukrayna hələ Qərb silahları ilə bu qədər təmin edilməmişdi, Kiyevlə onun Qərb tərəfdaşları arasında belə səviyyədə qarşılıqlı əlaqə yox idi. Aydındır ki, 2022-ci ilin ilkin razılaşmalarına əsaslanaraq, hansısa formada düzəliş edilməli olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://525.az
archiveBu xəbər 14 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri