Icma.az
close
up
RU
Vaşinqton görüşü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir ŞƏRH

Vaşinqton görüşü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. Əvvəlcə qeyd edək ki, Azərbaycan həmişə ABŞ ilə qarşılıqlı fayda və hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olub. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-a rəsmi səfəri ilə əsası qoyulmuş məzmunlu tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində xeyli uğurlar əldə edilib. Təəssüf ki, Cozef Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının qeyri-rasional addımları nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan yaratdı. Donald Trampın prezident kimi vəzifələrinin icrasına başladığı cari ilin yanvar ayından bəri keçən qısa müddət ərzində iki ölkə rəhbərliyinin tapşırığı ilə davamlı təmaslar həyata keçirildi və yüksək səviyyəli siyasi dialoq üçün zəmin hazırlandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

O bildirib ki, Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evə dəvət etməsi və iki ölkə prezidentləri arasında aparılmış məzmunlu danışıqlar etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaytardı. Həmin görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi baza yaradır. Bundan əlavə, Prezident Trampın “Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması ikitərəfli münasibətlərdə olmuş ən xoşagəlməz amillərdən birini aradan qaldırır. Bütün bu addımlar iki ölkə arasında ticarət, nəqliyyat, müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, süni intellekt daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlıq üçün möhkəm əsaslar yaradır.

Deputat vurğulayıb ki, Vaşinqton səfəri Ermənistan-Azərbaycan sülh prosesi baxımından da mühüm irəliləyiş gətirib. Səfər zamanı Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Birgə Bəyannamə imzalandı. ABŞ Prezidentinin şahid kimi imzaladığı bu sənəddə sülhün bərqərar edilməsi məqsədinə sadiqlik ifadə olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının qurulmasına şərait yaratmaq öhdəliyi Ermənistan tərəfindən qəbul edilir. Bundan başqa, iki ölkə xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir.

“Səfər zamanı, həmçinin iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladı, yəni üzərində danışıqlar başa çatmış mətnin həqiqliyini təsbit etdilər. Sazişin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir. Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi Prezident İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğurudur. Vaşinqton səfəri Prezident İlham Əliyevin ölkənin milli maraqlarını qorumaq, sülh və regional sabitliyi təmin etmək istiqamətində nümayiş etdirdiyi liderliyinin bariz nümunəsidir. Azərbaycan Prezidentinin diplomatik məharəti sayəsində ABŞ-la strateji əməkdaşlıq daha zəngin gündəliklə bərpa olundu və sülh gündəliyi konkret addımlarla irəlilədildi. Mövcud geosiyasi reallıqlar şəraitində bu nailiyyətlər ölkəmizin milli təhlükəsizliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır, regionda sülh və sabitlik üçün möhkəm əsas yaradır”, deyə Q. Məmmədov diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri