Prezident Kitabxanasında “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, dekabrın 26-da Prezident Kitabxanasının konfrans zalında “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətinin formalaşmasında mühüm rolunu, onun yaradıcılıq irsinin milli mədəni yaddaşımız üçün əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində 1959-cu ildə “İZOGİZ” Moskva nəşriyyatı tərəfindən nəşr edilmiş Mirzə Qədim İrəvaninin “Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti” təsvir olunmuş açıqca nümayiş etdirilib.
Ardınca Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib. Videoçarxda görkəmli sənətkarın yaradıcılıq yolu, bədii irsi və milli incəsənətimizə verdiyi töhfələr əyani şəkildə təqdim olunub. Prezident Kitabxanasının Nadir fondunda saxlanılan ingilis, rus və erməni dillərindəki kitablarda Xan sarayının fotoları və Mirzə Qədimin bərpa etdiyi divar rəsmləri də videoçarxda əks olunub.
Tədbirdə Azərbaycanın tanınmış elm, mədəniyyət, incəsənət və ictimai xadimləri iştirak ediblər. Çıxış edən tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının direktor müşaviri Nazim Mustafa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Rəsm Qalereyasının direktoru , Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, Mirzə Qədim İrəvaninin nəticəsi İlham Bayramov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Dürdanə Vəkilova, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Mirzə Qədim İrəvaninin sənət irsinin öyrənilməsi, qorunması və təbliğinin vacibliyindən bəhs edərək onun portret yaradıcılığının Azərbaycan realist təsviri sənətində xüsusi mərhələ təşkil etdiyini qeyd ediblər. Mirzə Qədim İrəvani irsinin gələcək nəsillərə çatdırılmasının mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb, eyni zamanda İrəvan şəhərinin tarixi barədə ətraflı məlumat verilib.
Keçirilən tədbir Mirzə Qədim İrəvaninin zəngin irsinin təbliği, milli-mədəni irsimizin qorunması və ictimaiyyətə daha geniş şəkildə təqdim olunması baxımından əhəmiyyətli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















