Icma.az
close
up
RU
Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Kitabxanasının direktoru Afət Abbasovanın moderatorluğu ilə keçən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. O, nəşrin təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.

İcraçı direktor diqqətə çatdırıb ki, işğal zamanı təkcə islam dini abidələri deyil, Qafqaz Albaniyasına aid xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib. O vurğulayıb ki, tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa, o cümlədən müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir və müharibə cinayətidir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib. “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Qarabağ Dirçəliş Fondu bu kimi təşəbbüsləri dəstəkləyərək, dağıdılmış abidələrin bərpasına, həmçinin bölgənin bərpa və dirçəlişinə töhfə verməyə davam edəcək", - deyə o diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu qeyd edib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazanılan uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri