Prezident kreditlə bağlı qanuna dəyişiklik etdi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.
Dəyişikliklə, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququ əldə edir.

