Prezident məqsədi açıqladı: Azərbaycan enerji bazarında möhkəmlənir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir və bu səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Müsahibəsində bir sıra məsələlərə toxunan ölkə başçısı bildirib ki, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur:
“Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”.
Qeyd edək ki, bu gün Azərbaycanın dünya bazarında rolu, iqtisadi əlaqələrin daha da genişlənməsi dünyanın inkişaf etmiş ölkələri tərəfindən böyük maraqla qarşılanır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov "Cebheinfo.az"-a bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətində yeni mərhələnin başladığını göstərir:
“Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib. Bu gün isə əsas hədəflərdən biri ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerjini də xarici bazarlara, xüsusilə Avropaya çıxarmaqdır.
Hazırda Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı istiqamətində böyük layihələr həyata keçirilir. Qarşıdakı illərdə bərpa olunan enerji gücünün əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Bu prosesdə Naxçıvanın da xüsusi potensialı var. Günəş və su enerjisi imkanlarından istifadə istiqamətində mühüm layihələr həyata keçirilir. Naxçıvana səfər çərçivəsində 56 meqavat gücündə “Şəms-1” və “Şəfəq” günəş elektrik stansiyalarında aparılan işlərlə tanışlıq da bunun göstəricisidir. Ordubadda isə yeni su elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Bu layihələr Naxçıvanın enerji təminatını gücləndirməklə yanaşı, gələcəkdə burada artıq elektrik enerjisinin istehsalına və ixracına imkan yarada bilər”.
Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüyü isə yalnız enerji istehsal etmək deyil, onu müxtəlif istiqamətlər üzrə ixrac edə biləcək infrastruktura malik olmasıdır:
“İran və Türkiyə istiqamətində elektrik xətlərinin ötürücülük imkanlarının artırılması, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışın genişləndirilməsi, həmçinin Qara dənizin dibi ilə Avropaya “yaşıl enerji” kabelinin çəkilməsi layihələri Azərbaycanın elektrik enerjisi ixracı imkanlarını daha da artıracaq.
Beləliklə, Azərbaycan əvvəlki illərdə Avropanın enerji təhlükəsizliyinə neft və qaz ixracı ilə töhfə verirdisə, qarşıdakı dövrdə bu prosesə elektrik enerjisi, xüsusilə bərpa olunan enerjini ixrac etməklə də qoşula bilər. Bu, ölkəmizin enerji siyasətində keyfiyyətcə yeni mərhələ olacaq.
Digər mühüm məsələ Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığıdır. Qazaxıstan və Özbəkistanda istehsal olunan bərpa olunan enerjinin Azərbaycan üzərindən Avropaya tranzitlə çatdırılması imkanları da ölkəmizin rolunu daha da artırır.
Yəni Azərbaycan gələcəkdə həm elektrik enerjisi istehsal edən, həm ixrac edən, həm də “yaşıl enerji”nin tranzitində iştirak edən ölkəyə çevrilə bilər. Bütün bunların Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinə də ciddi təsiri olacaq. Çünki enerji təhlükəsizliyində rolu artan ölkənin beynəlxalq əhəmiyyəti də yüksəlir.
Ona görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında yeni enerji mərhələsi açılır. Bu mərhələdə neft və qazla yanaşı, elektrik enerjisi və xüsusilə “yaşıl enerji” ixracı ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək, Avropanın enerji təhlükəsizliyinə töhfəmizi artıracaq və Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: İlham Əliyev Naxçıvan Azər Badamov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















