Prezident Münxendə Neçirvan Bərzani ilə görüşdü FOTO
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 13 Fevral 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















