Icma.az
close
up
RU
Prezident Nataliya Kiselovanı qəbul etdi Foto

Prezident Nataliya Kiselovanı qəbul etdi Foto

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi.

Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirdi, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğuladı.

Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olundu.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri