Icma.az
close
up
RU
Prezident: Özün yazmısan bu şeiri?

Prezident: Özün yazmısan bu şeiri?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı sakinlərdən biri Prezidentə şeir oxuyub.

Kişi sakin: Cənab Prezident, biz hamımız bu gün çox sevinirik. Bu gün ata-babalarımızın, Ulu Öndərimizin ruhu şaddır. Həqiqətən də bu gün sevincimizin həddi-hüdudu yoxdur. Öz doğma torpaqlarımızdayıq. Buna görə də hər birimiz Sizə minnətdarıq, öz dərin hörmətimizi bildiririk.

Şair deyir:

Bütün dünya-aləm bunu bilirdi,

Bizim idi, bizim oldu Qarabağ.

Dost kövrəlib, düşmən bizə gülürdü,

Şükür Allaha, sona yetdi bu sınaq,

Bizim idi, bizim oldu Qarabağ.

Kamil oğlu, belə qeyrətli hanı?

44 günə şoka saldı dünyanı,

“Dəmir yumruq”la aldı Şuşanı,

Şuşamızda dalğalanır al bayraq,

Bizim idi, bizim oldu Qarabağ.

Digər kişi sakin: Cənab Ali Baş Komandan, Vətən müharibəsi iştirakçısı kiçik çavuş Quliyev, sağ ol.

Qadın sakin: Qardaşımdır.

Kişi sakin: Fəxr edirik Sizinlə, bəli, Sizinlə fəxr edirik.

Digər kişi sakin: Ali Baş Komandan, ehtiyatda olan zabit, baş leytenant Alıyev. Müharibə əlili, birinci qrup.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsində vuruşmusan?

Kişi sakin: Bəli, ön cəbhədə xidmət etmişəm.

Prezident İlham Əliyev: Sağ olun.

Digər kişi sakin: Sizinlə fəxr edirik. Həyat yoldaşımdır, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Təbriklər.

Qadın sakin: Sizinlə fəxr edirik. Allah bu günü bizə qismət etdi, həm vətənimizi, həm də Sizinlə görüşməyimizi.

Sakinlər: Çox şadıq. Hamı şaddır. Bu sevinci bizə bəxş etdiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Hər iki valideynim, hər iki qardaşım burada şəhid olub.

Prezident İlham Əliyev: Onların qanı yerdə qalmadı.

Sakinlər: Qalmadı, qalmadı, alındı. Çox sağ olun, təşəkkür edirəm. Cənab Prezident, qarşınızda baş əyirik, Sizin sayənizdə bu gün biz bu torpaqlara gəldik.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Cənab Prezident, xoş gəlmisiniz. Sizin siyasətiniz sayəsində artıq biz bu torpaqlardayıq. Atalarımızın, babalarımızın bizə nağıl kimi təsvir etdiyi bu torpaqları bizə realda yaşatdığınıza görə Sizə təşəkkür edirik, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun bir daha.

Qadın sakin: Mən bütün xalqımızı təbrik edirəm ki, Sizin kimi Prezidentimiz var.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: Allah “dəmir yumruğ”unuzu həmişə güclü eləsin.

Prezident İlham Əliyev: Əgər lazım olsa, yerindədir, yerində.

Kişi sakin: Qoy yerində olsun ki, yenə lazım olsa, vaxtında ensin.

Qadın sakin: Allah Sizi Azərbaycanın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Özün yazmısan bu şeiri?

Kişi sakin: Cənab Prezident, Sizinlə qürur duyuruq.

Digər kişi sakin: Özü yazmasa da, gözəl şeirdir, çox gözəldir.

Prezident İlham Əliyev: Gözəl şeirdir. Sağ olun bir daha.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri