Icma.az
close
up
RU
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Cavanşir Yusiflinin "Şeiri yaradan məqamlar" essesini təqdim edir.
Şeiri yaradan ən gözəl və qəfil məqamlardan biri, sən özün də bilmədən dünyanın harasındasa baş vermiş hadisəyə reaksiya vermək ehtiyacı, görünməyən nəyisə hiss etmək duyğusudur; orta əsrlərdə ana dilində yazılmış şeirləri bu duyğuyla oxuduqda, ərəb, fars sözləri lüğətinə də ehtiyac qalmaz, yəqin ki. Adonisin ərəb, ingilis, fransızdilli mətnlərini belə bir əlçatmaz nəsnəni yer üzündə duymaq istəyi ilə oxuduqda o mətnlər qarşında yelkən kimi açılır.
Fikrimizcə, janrların yaranmasında da əlçatmazı yerə endirmək çabası mövcuddur. Yerlə göy üzü, kosmos arasındakı dəruni rabitə bir gözəl şeiri bu dünyaya gətirdikdən sonra axır ki, gerçəkləşir. Bu mənada, janrlararası əlaqələr və xüsusən də, janr transformasiyası hadisəsi daim, arasıkəsilmədən baş verir. Buna görə də, anadilli poeziyada hər bir güclü mətn, həm özü kimi "impulsiv" mətnlərin yaranmasına təkan verir, həm də çox sayda və çox böyük boşluqlar yaradır. Ona görə də böyük Əli bəy Hüseynzadənin: Nə qoydular deyəyim, nə kəsdilər dilimi deyimi / misraları təkcə ictimai-siyasi məna daşımır.
Bu misralarda həm də yuxarıda dediyimiz fikir - maqnit çəkiciliyindən daha güclü mətnlərin yaratdığı boşluqlara işarə var. Bir çox şair həmin boşluqların içində "boğula" da bilir.

Səməd Vurğunda Aşıq Ələsgər, Aşıq Alı ecazından qətrələr var, Aşıq Ələsgər anadilli poetik təfəkkür anlamında planetin mərkəzində dayanıb şəfəqlərini hər yana yayan bir fiqurdur, bu mənada, Səməd Vurğun şeiri nə olur-olsun, hansı rejim olur-olsun doğmalıydı.
Aşıq Ədalət Ələsgərin bir bütöv zərrəsinin külə dönənə qədər yanmasıdır. Azərbaycan poeziyası vəznindən asılı olmayaraq Füzuli eşqinə bürünən, enerjisini ondan alan mətnlərin konfiqurasiyasıdır. Bu mətnləri hansı ardıcıllıq və qaydada düzürsən-düz, həmin böyük mətnin içinə rahatca oturur.

Professor Qorxmaz Quliyevin bir məqaləsindən sitata baxaq: "Kommunikasiya prosesində həm məlumatı formalaşdırıb ötürənin, həm də onu qəbul edib intellektual həzm-rabedən keçirənin bilgilərindəki boşluqları doldurmağa hesablanmış fəaliyyətində dil əsas rol oynayır. Dilin bu problemi hansı üsullarla həll etməsinə aydınlıq gətirmək üçün Haydeggerin bir məşhur kəlamına müraciət etmək yerinə düşər: "Dil Varlığın dilidir. Varlıq məndən istifadə edərək dil vasitəsilə danışır. Mən dildə danışmıram, dil məni danışdırır".
Bununla bağlı mütəfəkkir dediklərindən belə bir nəticə hasil edir ki, dili strukturlaşdırmaq qeyri-mümkündür, çünki dilin özü bütün bu strukturların qaynağıdır. Dünyanın dərki dil vasitəsilə gerçəkləşir. Buna görə də elə bir elm mövcud deyil (mövcud ola bilməz) ki, dilin necə fəaliyyətdə bulunduğunu izah edə bilsin, çünki biz yalnız dil vasitəsilə dünyanın necə fəaliyyət göstərdiyini dərk edirik. Sənətkarın dil vasitəsilə Varlığı danışdırması onun oxucu ilə birbaşa kommunikasiyasını təmin edir".

Aşıq Ələsgərin şeirində dil necə danışır, biz bu kommunikasiya prosesinə münasibətdə dünyanın hansı en dairəsindəyik? Bütün bunları bilmək nə qədər vacibdir? İndi dünyanın böyük bir kəsimində oxunan (və təhrif edilərək oxunan-!) "Çərşənbə günündə, çeşmə başında..." mətləli qoşmasında böyük bir hadisə, bir dəfə baş verməsiylə dünyanın müxtəlif guşələrində daim təkrarlanan olayın belə bir intonasiya və ritmlə "danışması", pərdə/kadr arxasındakı nəfəsini içinə çəkən adamın ruhunda cücərən sözlərin qoşmanın mətninə sirayət etməsi, qoşmadakı ritmin sürətini yavaşıtması (yəni: hadisənin aşiqə görə dəhşətini daha dərindən, ilk və son dəfə hiss etdirmək naminə - !) bizə məlum olur. Biz bu ikili məkanı, poetik ərazidəki məkanın iki hissəyə bölünüb də birinin mübhəmdə saxlanmasından xəbərsizik.
Ümumən, istənilən həqiqi şeir mətnində dilin danışmasına, həm də hər bir sözü aydınlıqla hecalayıb danışmasına rəvac verən elə həmin mətnin ərazisindəki "kadr arxasıdır". Kadr arxasından diktə edilənlər ritm və intonasiyanı idarə edir. Dil məni danışdırır, dil mənimlə danışır, dil mənim əvəzimdə danışır.
Kadr arxasındakı mühit nə qədər bilinməzdirsə, zənn edilən, amma görünməzdirsə (təqribən, belə: nəyisə, bəlkə çox lazımlı nəsnəni bilsəniz də, heç zaman onu dilə gətirmirsiniz, fikrinizdə qalır, ruhunuzu dolaşır, dinmir ki, dinmir...), özünü unutdurandırsa, şeir bir o qədər güclü təsir edə bilən mühitlər formalaşdırır.
Ələsgərin qoşmasındakı mühit qoşmanın sözlərini xatırladan kimi bütün mühitimizi tutur, zəbt edir.

Səhra metaforası “Məclisi-üns”də boş söhbət Güzgünün qabağında şeir deyən müəllim
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri