Icma.az
close
up
RU
Prezident qərar imzaladı Cəriməsi 2 min manatdan başlayır

Prezident qərar imzaladı Cəriməsi 2 min manatdan başlayır

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minən “Uşaq hüquqları haqqında” yeni qanun ölkədə uşaq müdafiəsi sahəsində hüquqi mexanizmləri daha da gücləndirir. Sənəddə uşağın üstün mənafeyi prinsipi əsas götürülür, zorakılığın bütün formaları dəqiq təsnif edilir və uşaq hüquqlarının pozulmasına qarşı dövlətin müdaxilə səlahiyyətləri genişləndirilir. Eyni zamanda erkən evlilik ayrıca hüquqi anlayış kimi müəyyən edilir və bu istiqamətdə məsuliyyət mexanizmləri daha sərt şəkildə tənzimlənir.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, qanunun mətninə əsasən, "erkən evlilik" anlayışını rəsmi olaraq uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq kimi xarakterizə edir:
“Bu o deməkdir ki, dövlət təkcə qeyri-qanuni rəsmi nikah cəhdlərini deyil, faktiki olaraq uşağı ailə qurmağa yönəldən hər cür qeyri-rəsmi birgəyaşayış formalarını da erkən evlilik kimi tanıyır və qadağan edir. Erkən evliliyin qarşısının alınması uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələrindən biri kimi təsbit edilib. Qanunun xüsusilə 38.6-cı maddəsi birbaşa valideynlərin bu məsələdəki məsuliyyətini müəyyən edir. Həmin maddəyə əsasən, uşaqların erkən evliliyə daxil olmağa məcbur edilməsi, erkən evliliklə bağlı valideynlər arasında qabaqcadan hər hansı razılaşmanın və ya sövdələşmənin aparılması, erkən evliliklə bağlı nişan, toy və ya digər adət-ənənəyə uyğunmərasimlərin təşkil olunması, uşaqlar barədə dini kəbinkəsmənin həyata keçirilməsi hüquq pozuntusu hesab edilir”.  
O deyib ki, qanunun erkən nikaha daxil olmaqla bağlı müddəalarını pozan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar:
“Bu işin hallarından asılı olaraq 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Həmçinin erkən evliliyin təşkil edilməsinə görə, işin hallarından asılı olaraq şəxslər 2 min manatdan 3 min manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırıla bilərlər. Bundan başqa valideynlər öz vəzifələrini yerinə yetirmədikdə və ya uşağa qarşı zorakılığa yol verdikdə, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən onlar valideynlik hüquqlarından məhrum edilə də bilərlər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri