Icma.az
close
up
RU
Prezident 2 fərman imzaladı

Prezident 2 fərman imzaladı

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bakupost.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; 2026, № 3, maddə 228, № 4, maddə 315) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.9.9-5-ci və 1.9.11-1-ci yarımbəndlər ləğv edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1.2.7-ci və 2.1.2.16-cı abzaslar ləğv edilsin;

1.2.2. aşağıdakı məzmunda 2.1.3.10-1-ci abzas əlavə edilsin:

“2.1.3.10-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində şöbə müdiri;”;

1.2.3. 2.1.4.2-ci abzas ləğv edilsin;

1.2.4. aşağıdakı məzmunda 2.1.4.19-1-ci abzas əlavə edilsin:

“2.1.4.19-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində şöbə müdirinin müavini;”;

1.2.5. 2.1.4.21-ci abzasa “köməkçiləri” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi;” sözləri əlavə edilsin;

1.2.6. aşağıdakı məzmunda 2.1.5.1-1-ci abzas əlavə edilsin:

“2.1.5.1-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

2. “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 229) aşağıdakı məzmunda 1.3-1-ci və 1.6-1-ci bəndlər əlavə edilsin:

“1.3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi 14850 manat”;

“1.6-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini 12650 manat”.

3. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 230) ilə təsdiq edilmiş “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.4.4-cü yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi,” sözləri çıxarılsın;

3.2. 1.5.4-cü yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini,” sözləri çıxarılsın;

3.3. 1.7.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində,” sözləri çıxarılsın;

3.4. 1.8-ci bənd üzrə:

3.4.1. 1.8.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində,” sözləri çıxarılsın;

3.4.2. 1.8.8-ci yarımbəndə “aparatlarında” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində” sözləri əlavə edilsin;

3.5. 1.9.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində,” sözləri çıxarılsın;

3.6. 1.10-cu bənd üzrə:

3.6.1. 1.10.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində,” sözləri çıxarılsın;

3.6.2. aşağıdakı məzmunda 1.10.17-ci yarımbənd əlavə edilsin:

“1.10.17. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi;”;

3.7. 1.11-ci bənd üzrə:

3.7.1. 1.11.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində,” sözləri çıxarılsın;

3.7.2. 1.11.8-ci yarımbəndə “Aparatında” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində” sözləri əlavə edilsin;

3.8. 1.15.2-ci yarımbəndə “Aparatında” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində” sözləri əlavə edilsin;

3.9. 1.16.2-ci, 1.17.2-ci, 1.18.2-ci, 1.19.2-ci, 2.6.3-cü, 2.7.3-cü, 2.8.3-cü və 2.9.3-cü yarımbəndlərə “Aparatında” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli 1917 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1427 (Cild I) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissə üzrə:

4.1.1. 1.1-ci bənddə “ərazisində (bundan sonra – müvafiq ərazi)” sözləri “Konstitusiyası və” sözləri ilə, “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir” sözləri “və Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır” sözləri ilə əvəz edilsin;

4.1.2. 1.2-ci bəndə “qanunlarını,” sözündən sonra “bu Əsasnaməni,” sözləri əlavə olunsun və həmin bənddə “fərman və sərəncamlarını, bu Əsasnaməni” sözləri “digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını” sözləri ilə əvəz edilsin;

4.1.3. 1.3-cü bənddə “dövlət orqanları (qurumları) ilə” sözləri “digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;

4.1.4. aşağıdakı məzmunda 1.3-1-ci və 1.3-2-ci bəndlər əlavə edilsin:

“1.3-1. Səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.3-2. Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.1.1-ci yarımbənddə “fəaliyyətini əlaqələndirmək və onların” sözləri “, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və yerli icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilsin;

4.2.2. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;”;

4.3. 3-cü hissə üzrə:

4.3.1. 3.1-ci bənd üzrə:

4.3.1.1. aşağıdakı məzmunda 3.1.1-1–3.1.1-6-cı yarımbəndlər əlavə edilsin:

“3.1.1-1. aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək:

3.1.1-1.1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;

3.1.1-1.2. Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;

3.1.1-1.3. Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;

3.1.1-1.4. bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;

3.1.1-2. aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:

3.1.1-2.1. Ali Məclisə seçkilərin təyin edilməsi;

3.1.1-2.2. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;

3.1.1-2.3. Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;

3.1.1-3. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;

3.1.1-4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

3.1.1-5. aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:

3.1.1-5.1. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi;

3.1.1-5.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;

3.1.1-5.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması;

3.1.1-5.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;

3.1.1-5.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

3.1.1-5.6. Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi;

3.1.1-5.7. Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi;

3.1.1-6. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;”;

4.3.1.2. 3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların layihələrinin, həmçinin dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasına nəzarəti həyata keçirmək;”;

4.3.1.3. 3.1.8-ci və 3.1.10-cu yarımbəndlərə “orqanlarının” sözündən sonra “, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının)” sözləri əlavə edilsin;

4.3.1.4. aşağıdakı məzmunda 3.1.11-1 – 3.1.11-5-ci yarımbəndlər əlavə edilsin:

“3.1.11-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.11-2. səlahiyyətli nümayəndəliyə ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.11-3. səlahiyyətli nümayəndəliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.11-4. müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.11-5. səlahiyyətli nümayəndəliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;”;

4.3.1.5. 3.1.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

4.3.2. 3.2-ci bənd üzrə:

4.3.2.1. aşağıdakı məzmunda 3.2.1-1-ci yarımbənd əlavə edilsin:

“3.2.1-1. yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;”;

4.3.2.2. 3.2.3-cü yarımbənddə “müvəqqəti olmadıqda” sözləri “məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “müəyyən etdiyi” sözləri çıxarılsın;

4.3.2.3. 3.2.6-cı yarımbənddə “aktların layihələrinə dair təkliflər vermək” sözləri “akt layihələrinin hazırlanmasında iştirak etmək” sözləri ilə əvəz edilsin;

4.3.2.4. 3.2.7-ci yarımbənddə “təhlillər” sözü “fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr” sözləri ilə əvəz edilsin;

4.3.2.5. aşağıdakı məzmunda 3.2.7-1-ci və 3.2.7-2-ci yarımbəndlər əlavə edilsin:

“3.2.7-1. müvafiq ərazidə dövlət–özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;

3.2.7-2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət orqanlarına (qurumlarına) təklif və tövsiyələr vermək;”;

4.3.2.6. 3.2.8-ci yarımbənddə “səlahiyyətlərinə aid olan məsələlərlə bağlı” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərə dair” sözləri ilə əvəz edilsin;

4.3.2.7. 3.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.9. forum, konfrans, müşavirə, sərgi və digər tədbirlərdə, habelə beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;”;

4.3.2.8. aşağıdakı məzmunda 3.2.9-1-ci və 3.2.9-2-ci yarımbəndlər əlavə edilsin:

“3.2.9-1. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları öz fəaliyyətinə cəlb etmək, işçi qruplar yaratmaq;

3.2.9-2. istifadəsində olan dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;”;

4.3.2.9. 3.2.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

4.4. 4-cü hissə üzrə:

4.4.1. 4.4-cü və 4.5-ci bəndlər ləğv edilsin;

4.4.2. aşağıdakı məzmunda 4.6-cı bənd əlavə edilsin:

“4.6. Səlahiyyətli nümayəndə:

4.6.1. səlahiyyətli nümayəndəliyin fəaliyyətini təşkil edir və rəhbərlik edir;

4.6.2. səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;

4.6.3. müavinləri arasında vəzifə bölgüsü aparır;

4.6.4. səlahiyyətli nümayəndəliyin strukturu və işçilərinin say həddi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

4.6.5. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərinin say həddi daxilində səlahiyyətli nümayəndəliyin ştat cədvəlini təsdiq edir;

4.6.6. səlahiyyətli nümayəndəliyin struktur bölmələrinin əsasnamələrini və işçilərinin vəzifə təlimatlarını təsdiq edir;

4.6.7. dövlət büdcəsindən ayrılan vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunla müəyyən olunan əlavələrin və digər ödənişlərin verilməsini təmin edir;

4.6.8. səlahiyyətli nümayəndəliyi təmsil edir;

4.6.9. müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.6.10. bu Əsasnamənin 4.3-cü bəndi nəzərə alınmaqla, səlahiyyətli nümayəndəliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

4.6.11. səlahiyyətli nümayəndəliyin işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

4.6.12. səlahiyyətli nümayəndəlikdə dövlət sirrinin və məxfilik rejiminin qorunması ilə bağlı qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;

4.6.13. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.6.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.”.

5. Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyun 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see219

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see170

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see169

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see167

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see166

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see166

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see165

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see165

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see162

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see161

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see161

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see156

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see154

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see152

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see151

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see151

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see150

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see145

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see142

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri