Icma.az
close
up
RU
Prezident qızının milyonları geri qaytarılır

Prezident qızının milyonları geri qaytarılır

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus İsveçrədə müsadirə edilmiş vəsaitlərdən daha 95 milyon dollar Özbəkistanın xəzinəsinə qaytarılıb.
Reyting.az
xəbər verir ki, bu barədə jurnalistlərə İqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fozilkərimov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 131 milyon dolların qaytarılması ilə bağlı razılıq əldə olunub. Bu günə qədər İsveçrədən əvvəllər alınmış vəsaitin 87 milyon dolları səhiyyə və təhsil sahələrinə yönəldilib.
Fozilkərimov deyib ki, hazırda Belçika ilə vəsaitlərin qaytarılması istiqamətində iş aparılır.
"Söhbət 108 milyon dollardan gedir. Gələcəkdə bu barədə əlavə məlumat verəcəyik", - nazirlik nümayəndəsi qeyd edib.
Bundan əvvəl Özbəkistan Ədliyyə Nazirliyi ölkənin Ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin səfiri Konstantin Obolenski arasında Kərimovanın müsadirə olunmuş əmlaklarının bölüşdürülməsi haqqında Saziş imzaladığını bildirmişdi. Sənəd 182 milyon dollara yaxın vəsaitin ölkəyə qaytarılmasını nəzərdə tuturdu.
Ədliyyə Nazirliyinin məlumatına görə, vəsait “Uzbekistan Vision 2030” Fondu vasitəsilə qaytarılacaq.
2022-ci ilin yayında Kərimovanın İsveçrədəki cinayət işi zamanı müsadirə edilmiş aktivlərini geri qaytarmaq üçün “Uzbekistan Vision 2030” Fondu yaradılıb. Ötən ilin avqustunda Özbəkistan və İsveçrə fond vasitəsilə 131 milyon dolların qaytarılmasına dair saziş imzalayıb. Yeni sazişin imzalanması ilə Özbəkistan xalqının xeyrinə qaytarılan vəsaitin ümumi həcmi 313 milyon dollara çatacaq.
“Uzbekistan Vision 2030” proqramı vasitəsilə geri qaytarılan vəsait Özbəkistan əhalisinin rifahı üçün, xüsusən də səhiyyə və təhsil sahələrində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə sərf olunacaq. Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Fond və onun layihələri haqqında məlumat öz internet səhifəsində özbək və ingilis dillərində ictimaiyyət üçün açıqdır.
2015-ci ilin avqustunda Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və oğurluq maddələri ilə bağlı yeni cinayət işində Kərimovanın həbs müddətini 13 il 4 aya qədər artırıb.
Özbəkistanın Baş Prokurorluğu bildirib ki, Ədliyyə Nazirliyi ilə birlikdə Kərimovanın 1,3 milyard dollardan çox gəlirinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici ölkələrlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparılır, bəzi ölkələrdə də cinayət işləri araşdırılır.
2017-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi Kərimovanı “Qlobal Maqnitski Aktı” çərçivəsində sanksiyalar siyahısına əlavə edib. Kərimova "dövlət subyektlərini biznesləri müsadirə etmək, bazarları inhisara almaq, rüşvət istəmək və hədə-qorxu ilə tələb etmək üçün cəlb edən güclü mütəşəkkil cinayətkarlıq sindikatına rəhbərlik edib".
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri