Prezident Tatar: “Kipr Türk xalqının iradəsi və suverenlik haqqı görməməzliyə vurula bilməz”
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Azərbaycandakı səfirliyindən Bizimyol.info xəbər portalına verilən məlumata görə, Kipr Türk Agentliyinə (TAK) verdiyi açıqlamada Prezident Tatar bu təyinatı belə dəyərləndirib:
“Avropa İttifaqı Komissiyasının dünən elan etdiyi Kipr üzrə Xüsusi Nümayəndə təyinatı, adadakı siyasi reallıqları və həssas tarazlıqları görməzdən gələn birtərəfli bir təşəbbüsdür.
Aİ Komissiyası, Johannes Hahnı guya Kipr məsələsində razılaşma axtarışlarına kömək etmək məqsədilə təyin etdiyini bildirir. Lakin təyinatla bağlı açıqlamada istifadə edilən ifadələr, Rum tərəfinin tükənmiş federasiya tezisinə yenidən zəmin yaratmaq və bu mövqeni gücləndirmək niyyətini açıq şəkildə göstərir”.
Tatar vurğulayıb ki, BMT Baş katibinin təşəbbüsü ilə keçirilmiş qeyri-rəsmi Cenevrə görüşündən sonra yaranan və Baş katibin “yeni atmosfer” adlandırdığı dialoq prosesi, adadakı iki tərəf arasında həssas tarazlığı nəzərə alaraq aparılır. Lakin Aİ-nin Rum tərəfinin təzyiqləri qarşısında birtərəfli addım atması, bu yeni dialoq mühitinə yardım etmək əvəzinə, Rum rəhbərliyinin razılarmaq istəməyən və məcburedici siyasətini ört-basdır edir.
Prezident Tatar: “Kipr məsələsinə dair ortaya qoyduğumuz həll variantı aydındır. Anavətən Türkiyənin tam dəstəyi ilə qətiyyətlə müdafiə etdiyimiz bu həll yanaşması, suveren bərabərlik və bərabər beynəlxalq status əsasında iki dövlətin əməkdaşlığına əsaslanır. Bu viziyondan geri addım atmaq qətiyyən mümkün deyil”, - deyə əlavə edib.
Prezident beynəlxalq ictimaiyyətə səslənərək: “Kipr Türk xalqının iradəsi və suverenlik hüququ heç zaman görməməzliyə vurula bilməz. Adada ədalətli, davamlı və real həll yalnız iki xalqın bərabər statusda, qarşılıqlı hörmətə əsaslanan danışıqlar aparması ilə mümkündür”, - deyə bildirib.
O, fikrini: “Bir daha vurğulayıram: Avropa İttifaqı bizim razılığımız olmadan heç bir prosesə daxil ola bilməz. Biz, Kipr Türk tərəfi olaraq, BMT Baş katibi ilə yaxın təmaslarımızı davam etdirəcəyik. Ayın sonunda adaya gələcək şəxsi nümayəndə Holguin ilə əvvəlcədən razılaşdırılmış 6 təşəbbüs çərçivəsində konstruktiv və nəticəyönümlü iş aparmağa davam edəcəyik”, - deyə yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















