Icma.az
close
up
RU
Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan prezidenti “Sosial xidmət haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

Deputat bildirin ki, qanun eyni zamanda sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır:

"Sözügedən qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq. Belə ki, əvvəllər qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı.

Qanunda edilən dəyişikliyə əsasən isə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinə birbaşa təsir göstərəcək.

Qanuna edilən vacib dəyişliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu da sözügedən kateqoriya vətəndaşlarımızın hammısının sosial xidmətlər ilə əhatə olunmasına gətirib çıxaracaq.

Yeni dəyişikliklərlə subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutlmuşdur.

Əvvəlki qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi. Yeni dəyişikliklərədək sosial-pedaqoji xidmətdə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikası nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət haqqında" Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib. Bu, çətin həyat şəraitində olan bütün şəxslərin həmin xidmətdən istifadəsinə imkan yaradacaq.

Göründüyü kimi, qanuna edilən dəyişkiliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri