Zaur Həşimov: Uşaqların xarakteri böyük rol oynadı
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının XIII turunda "Şəfa" səfərdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, ardınca isə jurnalistlərin suallarını cavablandırıb.
- Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vuruşdular. Əks-hücumların birində üçüncü dəfə fərqləndik və qələbə qazandıq.
- Qələbədə həlledici məqam nə oldu?
- Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün üç top vura bildik. Uşaqların xarakteri böyük rol oynadı.
- Rəhbərliyin sizə olan etimadını nə dərəcədə hiss edirsiz?
- Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son dəfə də mənə etimadlarını göstərdilər.
- Musa Queli komandanın lideri hesab etmək olar?
- Bəli, Musa sözsüz ki, komandamızın liderlərindən biridir. Ondan həm vinger, həm də yarımmüdafiəçi kimi istifadə edirik. Komandaya çox böyük fayda verir.
- Qarşıda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar var. Komandanı bu ağır perioddan necə çıxarmağı düşünürsüz?
- Xarakter vacib rol oynayır. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















