Prezident Yeltsinə sui qəsdin təşkilatçısı uşaq bağçasında işə düzəlib
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın sabiq prezidenti Boris Yeltsinə qarşı sui-qəsdin təşkilatçısı Xabarovsk diyarında uşaq bağçasına xadimə kimi işə düzəlib.
AzPost-un məlumatına görə, SHOT-un müəyyən edib ki, İvan Kislov 2020-ci ildə Xabarovskdakı 184 nömrəli uşaq bağçasında işə düzəlib, aylıq gəliri təxminən 5-6 min rubl təşkil edir. Hazırda qurumdan bildiriblər ki, belə bir şəxs artıq onlarda işləmir. 2023-cü ildə Kislov pensiyasını almaq üçün banklardan birində hesab açıb və onun izləri burada yoxa çıxıb. Yalnız onun psixiatriya xəstəxanasında müşahidəsinin davam etdiyi məlum olsa da, yaşadığı yer məlum deyil. İvan Kislovun indi 66 yaşı var.
Kislov 1993-cü ilin əvvəllərində “SSRİ-nin dağılmasının qisasını almaq üçün” Yeltsini öldürməyə cəhd edib. O, Xabarovskdan Moskvaya gəlib. Qurğuşundan ibarət partlayıcı hazırlayıb, lakin cihaz islandığı üçün onu işə salmaq mümkün olmayıb. Sonra o, bıçaqla sui-qəsd etmək qərarına gəlib. Kislov bir neçə gün Moskvada hökumət binalarını izləyib, sonra Yeltsinin harada yaşadığını öyrənib. İvanın özü sonralar deyib ki, bu səfər zamanı QUM-dakı qəlyanaltılarda və qatar vağzalında yemək yeyib, ictimai tualetlərdə yuyunub.
Yanvarın 27-də Kislov hökumət binalarından birinin çardağına qalxaraq əməlini həyata keçirməyə cəhd edib. Lakin o, boş yerə gözləyib: həmin an Boris Yeltsin Hindistanda işgüzar səfərdə idi. Tezliklə Kislov mühafizəçilər tərəfindən aşkar edilib. O, özünü təmizlikçi kimi təqdim etməyə çalışsa da, ona inanmayıblar. Kislovun yanında hərbi bilet olduğu üçün o, hərbi prokurorluğa təhvil verilib. Dindirilmə zamanı saxlanılan şəxs Rusiyanın birinci prezidentinə sui-qəsd planlaşdırdığını etiraf edib.
Kislov qətlə və terror aktına hazırlıqda ittiham olunub. Amma müayinə onun dəli olduğunu üzə çıxarıb. Sonradan cinayət işi “ictimai təhlükəli əməl törətmək ittihamı ilə bağlı sübutların olmaması” səbəbindən bağlanıb. Saxlanılan şəxs stasionar müalicəyə göndərilib və bir neçə ildən sonra evə buraxılıb. İvan sadəcə həkim nəzarətində olub. Sonra da uşaq bağçasında, uşaqların yanında sakit işləyib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Mart 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















